Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı oktyabrın sonunda Brüsseldə görüşə dəvət edib.
Siam.az xəbər verir ki, bu barədə Mişel jurnalistlərə açıqlamasında məlumat verib.
“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, - Mişel bildirib.