Bir neçə dövlət parçalanacaq, AZƏRBAYCAN BÜTÜN EHTİMALLARA HAZIR OLMALIDIR

Bir neçə dövlət parçalanacaq, AZƏRBAYCAN BÜTÜN EHTİMALLARA HAZIR OLMALIDIR

Xaqani Cəfərli: "Təxminən, iki-üç həftədən sonra İrana qarşı güclü hücumun şahidi ola bilərik, böyük ehtimalla, bu proses regionun yenidən dizayn edilməsinə səbəb olacaq"
"ABŞ prezidenti Cozef Bayden üçüncü bir tərəfi İsrailin HƏMAS-a qarşı keçirdiyi qisas əməliyyatına müdaxilə etməkdən çəkinməyə çağırıb. Baydenin xəbərdarlığı bu anlama gəlir ki, üçüncü bir qüvvənin müdaxiləsi baş verərsə, ABŞ kənardan izləməyəcək və müharibəyə qoşulacaq". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq iddia edir ki, HƏMAS-ın kütləvi qətliam həyata keçirdiyi və bu zaman azyaşlı uşaqlara da rəhm etmədiyini təsdiq edən dəhşətli dəlillər üzə çıxıb: "Bu hal HƏMAS-la yanaşı, onu dəstəkləyən, rəğbət bəsləyənləri də hədəfə çevirir. Fələstin bayrağının HƏMAS-ı dəstəkləmək məqsədi ilə qaldırılmasının cinayət məsuliyyəti doğura biləcəyi haqqında Böyük Britaniyanın baş naziri Rişi Sunakın xəbərdarlığı bunun xəbərçisidir. ABŞ-da isə Respublikaçılar Partiyasının nüfuzlu təmsilçiləri İrana zərbə endirməyi, neft sənayesini məhv etməyi təklif edirlər. Belə ehtimallar var ki, respublikaçılar Ukraynaya 100 milyard dollarlıq yardım paketinin qəbulu ilə bağlı Ağ Evin istəyini İrana qarşı əməliyyat müqabilində dəstəkləyə bilərlər".
Xaqani Cəfərlinin sözlərinə görə, təxminən, iki-üç həftədən sonra İrana qarşı güclü hücumun şahidi ola bilərik: "Çox böyük ehtimalla, bu proses regionun yenidən dizayn edilməsinə səbəb olacaq. Əgər belə olarsa, Suriya, İraq və İran parçalanacaq. Odur ki, Azərbaycan bütün ehtimallara hazır olmalıdır".
Tarix: 11-10-2023, 17:29
Xəbəri paylaş





Xəbər lenti