Amerikaya xəbərdarlıq: Yaxın Şərqdə münaqişə nüvə savaşına səbəb ola bilər...

Amerikaya xəbərdarlıq: Yaxın Şərqdə münaqişə nüvə savaşına səbəb ola bilər...
"İsrailin HƏMAS-la münaqişəsi İranın müttəfiqləri ilə birlikdə Qərblə nüvə savaşına çevrilə bilər..."
 

"Bu xaosda bizim başlıca vəzifəmiz Birləşmiş Ştatların maraqlarını müdafiə etməkdir..."
 
"Son üç ildə dünyanın ən kasıb ölkələrindən ABŞ-a 10 milyon adam gəlib və onlar federal subsidiyalar hesabına yaşayır..."
 
Yaxın Şərqdəki eskalasiya İranla Qərb arasında savaşa gətirib çıxara bilər. Əgər belə münaqişə həqiqətən başlasa, nüvə silahının tətbiqi ehtimalı böyükdür.
 
Moderator.az xəbər verir ki, bu barədə "X" (keçmiş "Twitter") sosial şəbəkəsində jurnalist Taker Karlson bəyan edib.
 
Heç bir ləyaqətli insan gənc insanların İsrailin cənubunda musiqi festivalında qəddarcasına qətlə yetirilməsinə dəhşət hissi olmadan baxa bilməz. Bu dəhşətli hadisəyə heç nə ilə haqq qazandırmaq olmaz. 
 
İsrailin Qəzza ilə bağlı siyasətinə münasibətdən asılı olmayaraq, musiqi festivalında insanlara atəş açmağa heç kimin ixtiyarı olmayıb.
 
Bu, cinayətdir və İsrailin buna cavab verməyə və özünü müdafiə tədbirləri görməyə haqqı var. Bunu heç kim ciddi şəkildə şübhə altına almağa cəhd etmir.
 
Amerika siyasətçiləri üçün məsələ ondan ibarətdir ki, biz indi necə hərəkət etməliyik?
 
Bu xaosda Amerikanın maraqlarını necə müdafiə etmək olar? Bu sual heç də təkəbbürlü deyil, axı, milli siyasətin işlənib hazırlanmasının mənası ölkənin inkişafı və müdafiəsidir.
 
Əgər siz ABŞ Konqresində işləyirsinizsə və ya hakimiyyətin icraedici qanadını təmsil edirsinizsə, mənəvi nöqteyi-nəzərdən məhz bu cür düşünməlisiniz.
 
Bu, sizin işinizdir, siz Birləşmiş Ştatlara və onların xalqına xidmət edirsiniz. Sizin mənəvi nüfuzunuz istisnasız olaraq Amerika həmvətənlərinin maraqlarının təmsil edilməsinə yönəlib. Bizim sistemimiz belədir.
 
Əvvəllər bu məqam aydın olub, hazırda isı bunu xatırlatmaq gərəkdir, çünki İsrailin HƏMAS-la münaqişəsi İranın müttəfiqləri ilə birlikdə Qərblə savaşa çevrilə bilər.
 
Əgər belə bir şey başlayarsa, nüvə silahının tətbiqi və bunun nəticəsi olaraq milyonlarla insanın həlak olması, qlobal iqtisadiyyatın iflası özünü çox gözlətməyəcək.
 
Ən azından, biz burada, ABŞ-da misli görünməmiş iqtisadi böhranın şahidləri olacağıq. Buradakı yanacaqdoldurma stansiyalarının birində benzinin bir hallonunun (3, 78 litr) qiyməti artıq 7, 29 dollaradır.
 
Bu meylin pisləşməsi və ya saxlanılması texniki cəhətdən müflisləşən ABŞ-ı depressiyaya düçar edəcək. Və hər şey heç də 1930-cu ildə olduğu kimi olmayacaq.
 
Son üç ildə dünyanın ən kasıb ölkələrindən Amerikaya təxminən 10 milyon adam gəlib, onların əksəriyyəti bu və ya digər formada federal subsidiyalar hesabına yaşayır.
 
Özünüzə sual edin, ABŞ hökumətinin pulları tükənəndən sonra bu, nəyə gətirib çıxaracaq? Bizim İsrailə HƏMAS-ın dəhşətli hücumlarına cavab vermək çağırışlarımız böyük təhlükələrə səbəb ola bilər.
 
Burada müdriklik və uzaqgörənlik göstərmək gərəkdir, amma biz başqa cür davransaq, çətin ki, kimsə buna təəccüb edəcək.

 
Tarix: 12-10-2023, 10:43
Xəbəri paylaş





Xəbər lenti