ABŞ İranın 6 milyard dollarını yenidən dondura bilər


ABŞ hakimiyyəti əvvəllər bloku açılmış və onun yurisdiksiyasından kənarda olan İrana məxsus 6 milyard dolları dondurmaq hüququnu özündə saxlayır.
“Report”un məlumatına görə, bunu İsraildə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.
“Biz bu fondlara ciddi nəzarət edirik və onları dondurmaq hüququnu özümüzdə saxlayırıq”-deyə, o bildirib.
Qeyd edək ki, İranın əvvəllər dondurulmuş aktivləri Tehran və Vaşinqton arasında məhbus mübadiləsi sazişi çərçivəsində Qətər banklarındakı hesablara köçürülüb.
Tarix: 13-10-2023, 07:50
Xəbəri paylaş





Xəbər lenti