“Ermənistanla Azərbaycan arasında sazişin imzalanmasına heç bir maneə yoxdur”


“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı heç bir maneə yoxdur”.
Yeniavaz.com 
xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu MDB dövlət başçılarının sammitindən sonra Bişkekdə keçirilən mətbuat konfransında bildirib.
Putin bir daha bəyan edib ki, Rusiya sülh müqaviləsinin bağlanması üzrə danışıqların bərpasına yardım etməyə hazırdır:
“Biz həmkarlarımızı Moskvaya toplaşmaq üçün dəvət etmişik. Bunu Ermənistanın baş naziri bilir, mən ona demişəm. Azərbaycan da bu barədə məlumatlıdır. Məncə, bu, tamamilə mümkündür. Mən indi, Qarabağ hadisələrindən sonra, sülh müqaviləsinin imzalanmasına mane ola biləcək hər hansı problem görmürəm.”, - Rusiya lideri bildirib.
Onun sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı yalnız texniki məsələlər qalıb.
Putin əmindir ki, hər iki tərəfin xoş niyyəti ilə bütün bunları etmək olar, sonra isə ticarət-iqtisadi əlaqələrin inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində addımlar atıla bilər.
Tarix: 13-10-2023, 22:30
Xəbəri paylaş





Xəbər lenti