Klaar: Brüssel görüşündə Azərbaycan və Ermənistan gündəliyinin möhkəmlənəcəyini gözləyirik
“Hərtərəfli normallaşma istiqamətində növbəti addımları müzakirə etdiyim Bakı və İrəvan səfərindən geri döndüm”. APA xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar X hesabında yazıb.
“Azərbaycan və Ermənistanın üçün müsbət və razılaşdırılmış bir gündəliyə sadiq qalmaq vacibdir.
Bunun, oktyabr ayının sonlarında Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyini gözləyirik” – diplomat bildirib./APA
Tarix: 14-10-2023, 09:48