Sosial şəbəkələrdə erməni yazıçısı Zori Balayan 13 yaşlı azərbaycanlı qızın dərisini necə soymasını fəxrlə danışır. Fikir verin, bir millətin ki, yazıçısı bu qədər zalımdırsa, görün indi o millətin sıravisi hansı qəddarlıqdadı. Hansısa bir yazıçıda, şairdə mərhəmət hissinin olmamasını təsəvvür etmək dəhşətlidir. Və bu manyakı uzun illərdi ki, Fransa sevə-sevə öz qoynunda bəsləyir. Cənab Makron, siz bir cocuğ qatilinin öz ölkənizdə sərbəst şəkildə yaşamasını özünüzə necə rəva görürsünüz ? Və bunu bildiyiniz halda həm də Azərbaycanı ədalətsizcəsinə ittiham edirsiniz. Bir Azərbaycan əsgərinin hansısa bir erməni cocuğuna əl qaldırmasını misal gətirə bilərsinizmi ?
Bilməzsiniz. Yoxdur belə hal. Əksinə Azərbaycan əsgəri erməninin nəinki cocuğuna, eyni zamanda yaşlı, mülkü əhalisinə qarşı hər zaman mərhəmətli davranıb, ərzaqla təmin edib, tibbi yardımlar göstərib. Xahiş edirəm, Zori Balayanın kimliyi ilə maraqlanın, bir cocuğ qatilinin Fransa kimi böyük bir Dövlətdə asudə şəkildə yaşaması haqda bilgilənin. Və Fransanın ünlü yazarlarının bu qatil haqqında nə düşündüklərini onlardan soruşun. Qeyd edim ki, Azərbaycan heç kimin torpağına göz dikməyib, təcavüz etməyib. Biz öz kəndlərimizi, şəhərlərimizi, tarixi abidələrimizi xarabalığa çevirən barbarlardan azad etmək üçün cəhdlər etmişik. Sizə isə qatil "yazıçı" Zori Balayanın o məlum hekayətini dinləməyi tövsiyə edirəm.
Hörmətlə: Belçikada yaşayan, Azərbaycanlı yazar Mirzə Sakit. Brüssel 14.10.2023.
QEYD: Bu müraciətimi cənab Makronun elektron poçtuna da göndərmişəm...