Azərbaycanın qapıları Qarabağdan köç etmiş ermənilər üçün ƏBƏDİ AÇIQ DEYİL... - BİLSİNLƏR...
15 oktyabr - millət kimi şərəfimizin, dövlət olaraq real müstəqilliyimizin, suverenliyimizin təntənəsi günü! Azərbaycan Prezidenti cənab İlham Əliyev bayrağımızı Xankəndində qaldıranda Qarabağdaydım. Bir gün əvvəl Ağdamda, bayrağımız ucalan anlarda Tərtərdə. Bayrağımızın qaldırıldığı Xankəndi meydanında sonuncu dəfə 1988-ci ilin fevralın 14-də - ermənilərin ilk “miatsum” mitinqinin səhərisi günü olmuşdum. Meydanda toplaşan tək-tək adamların mənə tuşlanan nifrətli, həm də qorxaq baxışlarını görürdüm, amma təsəvvür edə bilməzdim ki, bu nifrət 35 il 9 ay millətimizə müsibətlər, faciələr gətirəcək. Amma, o qorxaq baxışları da unutmamışdım, döyüş zamanı da şahidi olmuşdum və hər dəfə yadıma salıb inanırdım ki, himayədarlarına arxalanıb meydan oxuyan qorxaqlara, biz mütləq qalib gələcəyik. Azərbaycan ən zəif vaxtlarında belə düşmənə bir qarış torpaq güzəştini etmədi, öz anını gözlədi və o gün gəldi. Zəfər günü BÖYÜK QƏLƏBƏ gününün təməli oldu...
Zəfər günündən sonra da narahatçılığımız bitməmişdi. 44 günlük müharibədən sonra yazdıqlarıma, çıxışlarıma bir daha nəzər saldım. Yazdıqlarımın ana xətti Xankəndindən keçib. Sülh danışıqları labirinti davam etdikcə, yeni süni problemlər yarandıqca açar nöqtənin Xankəndi olduğunu və bu problem həll olanda, qalan məsələlərin – sülh müqaviləsinin imzalanmasının, delimitasiya, demarkasiya, nəqliyyat yollarının açılmasının sürətlə həll olacağı hər zaman yazılarımda qeyd edilib. Belə də olacaq! Xankəndində bayrağımızın məhz Azərbaycan Prezidenti tərəfindən qaldırılması ikiqat təntənə, düşmənə ikiqat zərbədir. Bu gün BÖYÜK QƏLƏBƏ günüdür və bu günü bizə yaşadan şəhidlərimizə tanrıdan rəhmət diləyir, çevik siyasətilə bu günü millətimiz üçün tezləşdirən, yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk!
Tərtərimizdə bu günlərdə adamların simasında bir başqa əhval-ruhiyyə gördüm. 44 günlük müharibə bitəndən sonra belə, Tərtərdə əhalinin tam rahatlığı yox idi, iki addımlığında hələ də dayanan erməni silahlı qüvvələrinin mövcudluğu istər-istəməz yenə müharibə olacağını, yenə dağıntılar, itkilər olacağını şüurlarda saxlayırdı. 20 sentyabrdan və bu günkü Xankəndi zəfərindən sonra “əhalinin bu narahtçılığına son qoyulub” deyə bilərəm. İndi insanlar ürəklə qurub-yaratmaqdan, Kəlbəcərə, İstisuya rahat gedib-gəlməkdən, Sərsəng su anbarına tam nəzarətdən sonra perspektiv biznes işlərindən danışırlar. Tərtər 35 il ərzində dalana dirənmiş rayon olmaqdan qurtuldu. İndi Ağdərənin, Kəlbəcərin, İstisuyun yolu Tərtərdən keçir. Səbəb- Ağdərədə, Xankəndidə bayrağımızın dalğalanmasıdır!
Ermənilər qayıdacaqmı və qayıdarlarsa, yeni problemlər yaranmayacaq ki? İki daşın arasında bu sualla da müraciət edənlər var. Əlbəttə, qarı düşmən tezliklə dost olası deyil və çalışacaqlar ki, dünyanın hər yerində bizə pislik etsinlər. Amma artıq bu məğlub sindromu ilə əbədi olaraq yaşayacaq ermənilərin içindəki kindən başqa bir şey olmayacaq. Onların geri dönməsi isə bizim üçün heç bir təhlükə yaratmır. Düşmən çalışacaq ki, geri qayıtmamaqla özlərini “etnik təmizləməyə məruz qalan əzabkeş toplum” kimi dünyaya sırısın və hansısa divident qazansın. Məsələn, geri dönməyən erməni hansısa kompensasiya tələbi ilə dünya məhkəməsinə müraciət etsin. Azərbaycan bu məsələdə beynəlxalq hüququn tələblərinə əsaslanmalı və Qarabağ iqtisadi zonasını tərk etmiş ermənilərin geri dönməsi üçün konkret vaxt müəyyən etməlidir. Vaxt maksimum altı aydan çox olmamalıdır. Bu müddət ərzində yalnız valideynləri və özləri Qarabağda anadan olub yaşayanlar geri qayıdıb Azərbaycanda yaşamaqları haqqında və malik olduqları qanuni əmlakları üzərində qərar verə bilərlər. Gəlmədikləri halda Azərbaycan dövləti həmin əmlakı milliləşdirəcəyini bildirməli, bu barədə BMT və digər müvafiq orqanlara, təşkilatlara, beynəlxalq məhkəmə instansiyalarına qərarını çatdırmalıdır. Verilən müddət bitdikdən sonra edilən müraciətlər qəbul olunmayacaq! Əks halda, illərlə ermənilərin kompensasiya davaları ilə üzləşə bilərik. İndiyədək belə təcrübələr dünya praktikasında bu cür həll edilib. Qeyd edək ki, hətta Donbasda Rusiya Federasiyasının nəzarətinə keçmiş şəhər və kəndlərdə yaşayış yerlərini tərk etmiş şəxslərə konkret vaxt ərzində gəlib əmlakları üzərində qərar ( yaşamaq, satmaq) vermədikləri halda həmin əmlakın milliləşdiriləcəyi barədə xəbərdarlıq edilir. Hadisələrin inkişafından asılı olaraq yəqin Azərbaycan dövlətinin də tezliklə belə bir qərar qəbul edəcəyi istisna olunmur. Bununla həm xoş humanist mövqeyimizi dünya qarşısında nümayiş etdirir, həm də gələcəkdə Hadrut, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd və başqa yerlərdə məskunlaşma prosesinə başlamağımıza əsas veririk.
Ermənilər məğlubiyyətlərini 1915-ci ildəki kimi dividendə çevirə bilməyəcəklər, çünki dünya onların açıq şəkildə Azərbaycana məğlub olduğunun şahididir və “genosid”, “etnik təmizləmə” şouları keçmir. Bir hadisəni xatırladım. 2010-cu ildə ABŞ-da idim və Los-Anceles şəhərində oğlumla bir kafeyə daxil olarkən köynəyinin sinəsində “ mən həm şotland, həm də erməniyəm, xahiş edirəm, məni erməni kimi qucaqlayın” yazılan bir nəfər qollarını açıb bizə tərəf gəldi, amma bizim sərt təpkimizlə rastlaşanda, kafenin giriş hissəsində dayanan bir kişiyə yaxınlaşıb qorxa-qorxa bizi göstərərək nəsə deməyə başladı. Onun müraciət etdiyi şəxs bütün antropologiyası və hərəkətləri ilə klassik erməni idi. Pula ehtiyacı olan adamları öz çirkin məqsədləri naminə istifadə edirdilər. Erməni qədər yalançı yazıqlığını reklam edən ikinci bir millət yer üzündə yoxdur. Amma artıq bu şouların da dövranı bitdi. Artıq dünya onları yazıq, əzabkeş kimi yox, Azərbaycana məğlub olmuş bir millət kimi tanıyır. Nitsşenin sözləri ilə desək, bu məğlubiyyət onları daim təqib edəcək, qaçmaq istəsələr də, məğlub yaddaşı zəncir kimi onların ayaqlarına bağlandığından, daim onları təqib edəcək. Azərbaycan isə, 35 illik işğala son verdiyi üçün qalib xalq, qalib dövlət kimi başını dik tutacaq. Qələbəmiz əbədi olsun!..