Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ilin sonunadək imzalanması yüksək dərəcədə realdır - YENİLƏNDİ


Avropa Parlamentinin Prezidenti Roberta Metsolanın da bildirdiyi kimi, bu ay Azərbaycan tərəfi ilə Brüsseldə görüşmək barədə razılığa gəlmişik.
 
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
 
“Artıq qeyd etdiyim prinsiplər bu görüşdə təsdiqlənərsə, o zaman Azərbaycan və Ermənistan arasında sülh və normallaşma ilə bağlı müqavilənin bu ilin sonunadək imzalanması yüksək dərəcədə realdır”, - o vurğulayıb.
 
Paşinyan, qətiyyətlə sülhə doğru irəliləməyin vacibliyinə toxunub: “Bunun üçün siyasi iradə vacibdir və iqtidarda olan partiya olaraq bizim siyasi iradəmiz var. Eyni zamanda, beynəlxalq ictimaiyyət , o cümlədən Avropa İttifaqı bizə dəstək verməlidir ki, biz bu imkandan istifadə edək, bunu Azərbaycan və Ermənistan üçün reallaşdıraq”.
 
Baş nazir, həmçinin qarşılıqlı şəkildə müharibədə saxlanılanların mübadiləsinə, minalarla, eyni zamanda, itkin düşən şəxslərin taleyinin araşdırılması ilə bağlı sıx əməkdaşlığa hazır olduqlarını vurğulayıb və əlavə edib ki, indiyə olan məlumata görə, 1 016 Ermənistan vətəndaşı itkindir.
 
***
14:52
 
Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
 
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxşı zamanı deyib.
 
O, Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduqlarını bəyan edib./APA
Tarix: 17-10-2023, 16:39
Xəbəri paylaş





Xəbər lenti