Yalnız bundan sonra rus sülhməramlıları çıxarıla bilər - Fərhad Məmmədov
Rusiya sülhməramlıları yerləşdirildikləri əraziləri tərk edir.
SİAM.AZ Axar.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Hadisəyə münasibət bildirən politoloq Fərhad Məmmədov "Sherg.az"a bildirib ki, rus sülhməramlılarının bölgədəki fəaliyyəti bağlı rəsmi sənəd kimi üçtərəfli bəyanat götürülür:
"Azərbaycan və Rusiya tərəfi bildirir ki, texnikanın miqdarı ilə bağlı məsələlər müzakirə predmetidir. Ümumiyyətlə yayılan görüntüləri rus sülhməramlılarının Qarabağı tərk etməsi ilə əlaqələndirmirəm. Bu, Rusiya sülhməramlı kontingentinin təminatın Azərbaycan ərazisi vasitəsilə həyata keçirildiyinin göstəricisidir. Onlar əvvəllər təminat üçün Laçın yolu vasitəsilə Ermənistandan istifadə edirdilər. İndi isə Dağıstandan Azərbaycan vasitəsilə təminat logistikansını həyata keçirlər. Sülhməramlıların ərazidən konkret çıxarılması üçün Azərbaycan və Rusiya danışıqları nəticəsində qərar qəbul edilməlidir. Yalnız bundan sonra hərbçilər vasitəsilə rus sülhməramlıları çıxarıla bilər".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara əsasən, 19 sentyabrdan bəri Əsgəran, Şuşa, Xocavənd və Ağdərədə ümumilikdə 24 - 8 müşahidə və 16 müvəqqəti məntəqəsi ləğv edilib.