“Deputat Zahid Oruc 4-cü respublika ifadəsini işlətdi. Bu respublikanın izahatı verilsin görək ki, bu nədir? Bu, çox ziyanlı bir tendensiyadır”.
SİAM.AZ “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.
“Azərbaycanın dövlətçilik tarixini götürsək, 1918-1920, 1920-1991 və 1991-ci ildə müstəqilliyi bərpa etdik, bununla 3 oldu. Dördüncü respublika nə vaxt qurulub? Onu görən olubmu harada, nə vaxt və hansı formada quruldu? Odur ki, hörmətli Zahid müəllim deputatları bu məsələ barədə məlumatlandırsın.
Bu dövlətimiz üçün vacibdir ki, sonra gedib başqaları bundan tarix düzəltməsin. Tarix birdir, yazan, inkişaf etdirən, ərazini alan da bəllidir. Bizim 4-cü respublikamız hələ olmayıb. Arzu etmirəm ki, olsun. Üçüncü respublikamız davam və inkişaf edir. Ərazilərimizi bərpa edirik və Azərbaycan dünyada öz sözünü deyir”, - deyə deputat bildirib.