“Gələn il parlament seçkiləri keçiriləcək və...” (AÇIQLAMA)


“Gələn il parlament seçkiləri keçiriləcək və...” (AÇIQLAMA)
"Gələn ilin noyabrın əvvəlində parlamentə seçkilər keçiriləcək. Bu, qanunun tələbidir”.

Siam.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.

Hüquqşünas bildirib ki, Konstitusiyaya görə, ölkədə növbədənkənar seçki keçirilib və Milli Məclis formalaşıbsa, onun fəaliyyətinin 5-ci ilində, yəni gələn ilin noyabr ayında növbəti seçkilər keçirilə bilər:

"Hazırkı Milli Məclis 2020-ci ilin fevralında keçirilən seçkilər nəticəsində formalaşıb. Deməli 2024-cü ilin fevralında hazırkı parlamentin 4 ili tamam olur və beşinci ilə keçəcək. Ona əsasən də Konstitusiyaya görə, beşinci ildə, yəni gələn ilin noyabrın əvvəlində parlamentə növbəti seçkilər keçirilməlidir. Bu konstitusion tələbdir və ondan kənara çıxmaq olmaz. Uzağı həmin müddəti bir qədər də qabağa çəkmək olar".

“Gələn il parlament seçkiləri keçiriləcək və...” (AÇIQLAMA)

Qulamhüseyn Əlibəyli qeyd edib ki, prezidentin bu və ya digər hallarda Milli Məclisi buraxmaq və növbədənkənar seçki təyin etmək səlahiyyəti var:

"Amma növbədənkənar seçkilərin təyin olunacağını, hətta referendum keçiriləcəyini də güman etmirəm. Sadəcə olaraq, gələn ilin noyabrın əvvəlində, vaxtında parlamentə seçkilər keçiriləcək. Bu qanunun tələbidir".

Qeyd edək ki, APA agentliyinin mötəbər mənbələrinə istinadən verdiyi məlumata görə, 2024-cü ilin noyabrında parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Məlumatda deyilir ki, 2025-ci ildə Azərbaycanda prezident seçkilərinin keçirilməsi nəzərdə tutulduğundan parlament seçkilərinin gələn il keçirilməsi gündəmə gələ bilər.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Bu rəqəm 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. Belə ki 2023-cü ilin dövlət büdcəsində eyni məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub.
Tarix: 27-10-2023, 22:33
Xəbəri paylaş





Xəbər lenti