"Bir sözlə, nəsə dəyişmir, köhnə qatarla yola davam, arada uzaqgörən, müdrik analitik pozası alan islahat təbliğatçılarının mayası batdı" "Hakimiyyət özünün əsas təbliğat vasitələrindən biri vasitəsilə uzun müddətdir ortaya atılan referendum müzakirələrinə nöqtə qoydu. Yayılan xəbərdə "Hazırda Azərbaycanın qarşısında həlli vacib olan digər çoxsaylı məsələlərin durduğu nəzərə alınsa, iddia edildiyi kimi, idarəçilik institutunda köklü dəyişiklikləri də nəzərdə tutan referendumun keçirilməsi aktual görünmür", deyə qeyd olunub". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Rövşən Ağayevin fikrincə, xəbərdən aydın olur ki, gələn il parlament və bələdiyyələrə seçkilər olmaqla 2 seçki keçiriləcək: "Bir sözlə, nəsə dəyişmir, köhnə qatarla yola davam. Dəyişiklik toplumun əksəriyyətinin ehtiyacı olduqda baş verəcək. Arada uzaqgörən, müdrik analitik pozası alan islahat təbliğatçılarının mayası batdı".