Qüdsi Osmanova yeni vəzifə: Bir neçə səfir geri çağrılır - ADLAR
Azərbaycanın xarici ölkələrindəki səfirlərinin bir neçəsi geri çağırılacaq. SİAM.AZ bakupost.az-a istinadla xəbər verir ki, onlardan biri Rumıniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Hüseyn Nizami oğlu Nəcəfovdur. Onun səlahiyyət müddəti bitdiyini üçün Bakıya çağırılıb. Xatırladaq ki, H.Nəcəfov bu vəzifəyə 8 noyabr 2018-ci ildə təyin edilmişdi. Onun yerinə Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Dursun oğlu Osmanov təyin olunacaq. Bu təyinatla bağlı Qüdsi Osmanovun hazırda Bakıda olduğu bildirilir. Q. Osmanov 7 sentyabr 2016-cı ildə Moldovaya səfir təyin edilmişdi. Qüdsi Osmanovun yerinə isə hazırda Azərbaycannın Belarusdakı səfiri Ülvi Baxşəliyevin göndəriləcəyi gözlənilir. Ən maraqlı təyinat isə Belarusa göndəriləcək səfirin kimliyidir. Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu posta Azərbaycanının iri ranqlı məmurlarından biri göndərilir. Həmin şəxsin adını bir müddət sonra açıqlayacağıq.