Noyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Samir Nuriyevin sədrliyi ilə keçirilən onlayn müşavirədə verilən tapşırıq və tövsiyyələrin
icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında rayon rəhbəri Müstəqim
Məmmədovun sədrliyi ilə geniş tərkibdə Aparat müşavirəsi keçirilib.Aparat müşavirəsində Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Qarabağ
Regional Memarlıq və Səhərsalma Baş İdarəsinin, İqtisadiyyat Nazirliyi yanında
ƏMDX-nin Bərdə Ərazi Şöbəsinin nümayəndələri, İƏD üzrə nümayəndələr, bələdiyyə
sədrləri, idarə, müəssissə və təkilat rəhbərləri iştirak ediblər.
Rayon rəhbəri tədbir iştirakçılarına noyabrın 3-də Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən onlayn
müşavirədə müzakirə edilən məsələlər və verilən tapşırıqlar barədə məlumat verdikdən
sonra, bildirib ki, rayonda özbaşına aparılan tikinti işlərinin aşkarlanması məqsədi ilə
rayon icra hakimiyyətinin əməkdaşlarından təyin edilmiş məsul şəxslər yerli icra
nümayəndələri ilə birlikdə mütəmadi olaraq ərazilərdə monitorinqlər aparmalı, aşkar
olunmuş qanunsuz tikintilərin dərhal dayandırılmasını, eləcədə kənd təsərrüfatı təyinatlı
torpaqlardan təyinatı üzrə istifadə edilməsi və sakinlərin ümumi istifadəsində olan örüş
torpaqlarının əkilməsinə icazə verilməməsi, bu sahədə yol verilmiş nöqsanlar vaxtında
aşkara çıxarılaraq tədbir görülməsini təmin etməlidirlər.
Müşavirədə həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərman və
Sərəncamlarının icra vəziyyəti, təsərrüfatbaşına kitablarda dürüstləşmə işlərinin
aparılması, rayon icra hakimiyyətinə daxil olmuş ərizə və şikayətlərə, eləcə də vətəndaş
qəbullarında qaldırılan məsələlərə baxılması, xüsusən də Şəhid ailələri və qazilərin
problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq
tədbirlərin görülməsi, rayonun bütün yaşayış məntəqələrində səyyar vətəndaş
qəbullarının keçirilməsinin təşkili vəziyyəti, ərazilərin məişət tullantılarından
təmizlənməsi işlərinin yerinə yetirilməsi və digər məsələlər də müzakirə edilib.
Müzakirələrdə rayon icra hakimiyyəti başçısının birinci müavin Elvin Umudov, Qarabağ
Regional Memarlıq və Səhərsalma Baş İdarəsinin Nəzarət şöbəsinin əməkdaşı Siyavuş
Alışov, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsinin Torpaqların
İdarəedilməsi və İstifadəsinə nəzarət sektorunun müdiri Natiq Əliyev, rayon Statistika
idarəsinin müdiri Ədalət Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatında
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev, icra
nümayəndələri və bələdiyyə sədrləri də çıxış ediblər.
Müzakirə edilən məsələlər barədə rayon icra hakimiyyətinin başçısı tərəfindən əlaqədar
qurumlara tapşırıq və tövsiyyələr verilib. İşində nöqsanlara yol vermişbir qrup inzibati
ərazi dairəsi üzrə nümayəndələr barəsində intizam tənbeh tədbirləri görülüb.
Tarix: 6-11-2023, 11:56