“RUSİYANIN TALEYİNİ ERMƏNİLƏR VƏ YƏHUDİLƏR MÜZAKİRƏ EDİR...” - Solovyovun verilişilə bağlı böyük qalmaqal

“RUSİYANIN TALEYİNİ ERMƏNİLƏR VƏ YƏHUDİLƏR MÜZAKİRƏ EDİR...” - Solovyovun verilişilə bağlı böyük qalmaqal

Azərbaycan KİV-ləri Kremlin ən çirkin təbliğatçılarından biri olan Vladimir Solovyovun öz efirlərini erməni “politoloqlar”ın, qatı millətçilərin, avantüristlərin poliqonuna çevirdiyini, onlarınsa cəfəngiyyat və iftiralarla ictimaiyyəti aldatmağa çalışdıqlarını dəfələrlə yazıb və səsləndirib. Belə görünür ki, artıq bunu təkcə Azərbaycanda yox, Rusiyanın özündə də anlamağa başlayıblar.
Siam.az xəbər verir ki, Vladimir Solovyovun verilişilə bağlı yeni qalmaqal yaranıb. Belə ki, tanınmış rusiyalı politoloq Sergey Markov öz “Teleqram” kanalında Solovyovun verilişlərini kəskin tənqid edib və onu öz efirlərini “ermənilərlə yəhudilərin ixtiyarına verməkdə” günahlandırıb: “Çoxları müşahidə edir ki, Solovyovun verilişində böyük miqyasda “etnik əyrilik” var. Orada əsas etibarilə iki böyük diasporanın(ermənilər və yəhudilər) nümayəndələri böyük Rusiyanın siyasətinin necə olmalı olduğunu müzakirə edirlər. Bu, normal deyil...”
Markovun bu iradı özünü milliyyətcə yəhudi adlandıran Vladimir Solovyovu və onun növbəti verilişindəki qonaqlarını özündən çıxarıb. Hər tərəfdən Markova qarşı təhqir və təhdidlər yağdırılıb. Solovyov bir zamanlar tez-tez öz verilişində qonaq etdiyi Markova “bu varlıq”,- deyə müraciət edib və qeyd edib ki, Markovun arxasında Kremldəki müəyyən qüvvələr durur: “Bu varlığı kim idarə edir? Onun hakimiyyət dəhlizlərində böyük himayədarları var. Maraqlıdır ki, onlar kimlərdir? O, həmin hamiyadərlarının sifarişinimi yerinə yetirir? Onlar ölkənin dağıdılmasınamı xidmət edirlər?” Xatırladaq ki, bundan öncə Sergey Markov həm də hakim “Vahid Rusiya” partiyasının Dumadakı depuatatı olub...
Solovyovun qonaqları isə bildiriblər ki, Markovun əqli çatışmazlığı var və onun psixiatra müraciət etməsi lazımdır: “Sual yaranır ki, bunu yazan adamın(Markovun-red.) beynində nəsə varmı?”. Solovyov əlavə edib: “Onun peşəkar psixiatr yardımına ehtiyacı var”.
Maraqlıdır ki, digər Kreml təbliğatçıları kimi, Solovyovun özü də dəfələrlə Sergey Markovu öz verilişlərinə dəvət edib və Markovun əsas funksiyası Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə haqq qazandırmaq olub. O da can-başla bu “vəzifəsini” yerinə yetirib. Ancaq nə işdirsə, həmin vaxt Solovyov və digərləri Markovun “psixi problemlərinin” olduğunu demirdilər...
Azpolitika.info
Tarix: 7-11-2023, 08:59
Xəbəri paylaş





Xəbər lenti