İki icra başçısının məsələsi yekunlaşıb... - BAYRAMDAN SONRA...


İki rayonun icra başçısının işdən azad ediləcəyi gözlənilir. Bu barədə sosial şəbəkələrdə yayılan xəbərlərə istinad olunur.

Məlumatlara görə, yaxın vaxtlarda vəzifəsindən azad olunacağı deyilən vəzifəli şəxslər arasında Lənkəranın icra başçısı Taleh Qaraşov və Bərdəyə rəhbərlik edən Vidadi İsayev var.

Hər iki icra başçısının rəhbərlik etdiyi rayonlarda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı ciddi nöqsanlar aşkar edilib. Nöqsanlara görə icra başçılarına xəbərdarlıqlar edilib və xüsusi tapşırıqlar verilməsinə baxmayaraq, heç bir irəliləyişin olmaması ciddi narahatlığa səbəb olub.

Məhz buna görə, bayramdan sonra hər iki başçı ilə bağlı həlledici qərarın veriləcəyi iddia olunur.

DİA.AZ

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 7-11-2023, 09:34
Xəbəri paylaş





Xəbər lenti