Ermənistanlı deputat yüklərin Azərbaycan üzərindən daşınmasını sərfəli sayır


Azərbaycandan keçən yol daha qısa, sərfəli və rahatdır”
Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Gevorq Papoyan əmindir ki, Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra əsas daşıma onun ərazisindən həyata keçiriləcək.
Bu barədə noyabrın 8-də Gevorq Papoyan yerli jurnalistlərə danışıb.
O, Ermənistan mallarının Azərbaycan vasitəsilə Rusiyada daşınmasını ölkəsi üçün sərfəli hesab edib.
Fraksiya üzvü Yuxarı Lars keçid məntəqəsindən keçməyin çətin olduğunu vurğulayıb:
Hazırda Ermənistan yüklərinin Azərbaycan ərazisindən daşınması qeyri-realdır, lakin sülh müqaviləsi bağlandıqdan sonra əsas daşıma onun ərazisindən həyata keçiriləcək”.
O qeyd edib ki, Azərbaycandan keçən yol daha qısa və rahatdır, sovet dövründə isə bu yolla daşınma həyata keçirilib.
Deputat əmindir ki, bu marşrutla daşıma Ermənistan tərəfi üçün daha sərfəlidir:
Mən əminəm ki, bu yolun işə düşməsindən sonra Ermənistan məhsullarının Rusiya bazarında rəqabət qabiliyyəti artacaq”.
Dünən Rusiyanın Federal Gömrük Xidməti noyabrın 13-dən ayın sonuna qədər Yuxarı Lars keçid məntəqəsindən (Rusiya-Gürcüstan sərhədi) gediş-gəlişin yol təmiri ilə əlaqədar çətinləşəcəyini açıqlayıb.
Bununla əlaqədar Federal Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsi malların daşınması üçün alternativ marşrutların nəzərdən keçirilməsini tövsiyə edir.
Mayın sonundan etibarən Batumi-Novorossiysk xəttində Ermənistan yüklərinə xidmət göstərmək üçün konteyner gəmisi fəaliyyət göstərir.
O, yüklərin Yuxarı Larsdan (Ermənistandan Rusiyaya gedən yeganə quru yolu) yan keçməklə daşınmasına imkan verir.
Mayda Rusiyanın Nəqliyyat Nazirliyi Yuxarı Lars keçid məntəqəsinin yenidən qurulması üzrə işləri başa çatdırıb.
Həmin yol zolaqlarının sayı 25-dən 39-a çatdırılıb ki, bu da gediş-gəlişi xeyli sürətləndirib.
Tarix: 8-11-2023, 22:08
Xəbəri paylaş





Xəbər lenti