Paşinyan: Ermənistan Azərbaycanla 3 prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir



Ermənistan Azərbaycanla Brüssel danışıqlarında səslənən 3 prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir.
 
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun panel müzakirələrində deyib.
 
Baş nazirin sözlərinə görə, birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.
 
İkinci prinsip ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri 1975-ci il Sovet xəritələri əsasında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır.
 
Üçüncü prinsip ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində regional kommunikasiyaların açılmasına aiddir./Report
Tarix: 10-11-2023, 22:27
Xəbəri paylaş





Xəbər lenti