"Bu xəbərdən sonra belə hakimiyyətlər Moskvaya daha çox yaxınlaşmağa çalışacaq...” - Ərəstun Oruclu ŞƏRH EDİR

"Bu xəbərdən sonra belə hakimiyyətlər Moskvaya daha çox yaxınlaşmağa çalışacaq...”
“Bəli, doğrudan da Putinin 2024-cü ilin martında prezident seçkilərində iştirak qərarı ilə bağlı xəbərdən sonra postsovet məkanında mərkəzdən qaçma yox, əksinə, mərkəzə qaçma meyilləri güclənəcək”.

Bunu Moderator.az əməkdaşının “Rusiya diktatoru V.Putinin martda prezident seçkilərinə qatılacağı xəbərindən sonra bəzi keçmiş sovet respublikalarında və postsosialist məkanında, yəqin ki, mərkəzdənqaçma yox, mərkəzəqaçma meyilləri daha da güclənəcək?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.

“Keçmiş SSRİ respublikaları arasındakı rusiyameyilli, rusiyayönümlü, Rusiyaya bağlı hakimiyyətlər Moskvaya daha çox yaxınlaşmağa çalışacaqlar. Hesab edirəm ki, mərkəzdənqaçma meyilləri o halda ola bilərdi ki, Rusiyada hakimiyyət dəyişikliyi ehtimalı olsun. Ancaq Putin növbəti prezident seçkilərinə qatılacaqsa, bu o deməkdir ki, Putin hakimiyyətdə qalır. Ən azı, bu ehtimal olduqca yüksəkdir. Bu isə postsovet məkanındakı Putin tərəfdarlarının, onun dəstəkçilərinin, ona sığınanların, bütün bu hakimiyyətlərin Rusiyaya münasibətdə loyallığının, ən azı, indiki səviyyədə qalması demək olacaqdır. Təbii ki, qarşı, yəni əks tərəfdən, Qərbdən, Türkiyədən, Çindən cəlbedici təkliflər olmayacaqsa...”-deyə davamında analitik diqqətə çatdırıb.
Tarix: 11-11-2023, 15:35
Xəbəri paylaş





Xəbər lenti