Cənab Makron " Evin şüşədəndirsə, başqasına daş atma."

Cənab Makron " Evin şüşədəndirsə, başqasına daş atma."
Fransa prezidenti Emmanuel Makron xalqına açıq məktubla müraciət edib.
Makron məktubunda Fransada artan anti-semitizmdən narahat olduğunu bu sözlərlə ifadə edib: “Cəmi bir ay ərizndə Fransada mindən çox anti-semitizm hadisəsi baş verib. Fransada yaşayan yəhudilər qorxu içindədirlər. Yəhudilər uşaqlarını məktəbə aparmağa, gec saatlarda evə qayıtmağa qorxurlar. Yəhudilərin həyatları üçün qorxu hissi keçirdikləri ölkə Fransa olmamalıdır. Bu həmin Fransa deyil”.
Bu həmin Makrondur ki, bizə “ermənilərin haqları” mövzusunda mühazirə oxuyurdu. Fransada bir ar ərzində mindən çox anti-semit olayı baş verirsə, demək bu dövlətin köklü problemləri mövcuddur. Belə yerdə deyiblər, evin şüşədəndirsə, başqasına daş atma.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu
Tarix: 13-11-2023, 11:47
Xəbəri paylaş





Xəbər lenti