Azərbaycana qarşı hücumlardan birgə müdafiə: - “Media, QHT və siyasi partiyalar...”

Azərbaycana qarşı hücumlardan birgə müdafiə:
“Azərbaycan Ermənistana qarşı diplomatik müharibədə qalib gəlməsi üçün bütün münasib imkanlardan istifadə etməlidir”.

Bu sözləri politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında deyib. O, söhbət zamanı o, bildirib ki, Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı diplomatiya müharibəsi uzunmüddət davam eləyir.

“Diplomatiya müharibəsinin ən böyük təsirini 44 günlük Vətən müharibəsində gördük. Açıq demək lazımdır ki, İkinci Qarabağ müharibəsində çox ciddi diplomatik-siyasi müqavimətlə üzləşmişdik. Ancaq ölkəmiz bu müqaviməti müvəffəqiyyətlə dəf etməyi bacardı. Ölkəmizin diplomatik müstəvidə tam qələbəsini məhz dövlət rəhbərimiz İlham Əliyev təmin edib. Prezidentimizin 44 gün ərzində müsahibələri və səsləndirdiyi fikirləri daha geniş şəkildə müzakirə predmentinə çevrildi.

Müharibənin gedişatı zamanı İlham Əliyevin səyləri nəticəsində bir çox ölkələr neytral mövqedən çıxış etdilər. Amma sonrakı dövrdə, xüsusilə indiki zamanda Azərbaycan üzərində beynəlxalq səviyyədə təziqlər artıb. Beynəlxalq qurumlar -Avropa İttifaqı və AŞPA, eyni zamandaABŞ, Kanada, Fransa və digər Qərb ölkələri, eləcə də Hindistan intensiv şəkildə anti-Azərbaycan kampaniyası aparır. Çox təəssüf ki, bu müstəvidə hələlik Azərbaycan o qədər uğurlar əldə etmir.

Lakin nəzərə almaq lazımdır ki, həmin qurumlar və ölkələrin anti-Azərbaycan siyasəti Ermənistanı müdafiə etmək baxımından deyil, məhz öz geosiyasi maraqlarını təmin etmək baxımından nümayiş etdirir. Bu gün həmin ölkələrin Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək üçün Ermənistandan sərfəli vasitə kimi istifadə edirlər. Yəni ABŞ, Fransa və Kanada kimi ölkələr Ermənistan üzərindən Azərbaycana təziq edirlər”.

Politoloq vurğulayıb ki, bütün bu təzyiqlərin qarşısının alınması, ən əsası da diplomatik müharibədə növbəti qələbə qazanmaq üçün bütün imkanlardan istifadə edilməlidir:

“Təkcə dövlətin imkanları yetərli deyil, rəhbərlik bunun üçün ümumi səfərbərlik elan etməlidir. Bildiyimiz kimi, Azərbaycanda bəzi media qurumlarının xarici ölkələrdəki media qurumları ilə təmasları var. Media qurumlarının, habelə diaspor təşkilatları, qeyri-hökumət təşkilatları və siyasi partiyaların imkanlarından istifadə edilməlidir. Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq səviyyədə təbliğinə kifayət qədər vəsait yatırılmalıdır”.
Tarix: 14-11-2023, 20:54
Xəbəri paylaş





Xəbər lenti