Putin Bayden-Cinpin görüşündən gözləmədiyi siqnallar aldı...- Rusiya üçün yaxşı olmadı...
Putin üçün hər şey getdikcə daha da pisləşir. Xüsusilə, Bayden və Si Cinpin arasında görüşlərlə bağlı xəbərlər də Rusiya üçün yaxşı olmadı. Kreml diktatoru həmişəkindən daha çox Çindən kömək almağa ümid edirdi, lakin onlar kömək etməyə hazır olmadıqlarını nümayiş etdirdilər. Moderator.az xəbər verir ki, amerikalı siyasi strateq və politoloq Ceyson Smart bu barədə Ukraynanın “FREEDOM” kanalında danışıb.
Politoloqun fikrincə, Putin Çindən heç olmasa nəsə - pul, silah, diplomatik yardım almağa böyük ümidlər bəsləyirdi.
"Ancaq çinlilər artıq göstərdilər: "Bəli, Putin, tamam, deyə bilərik ki, sən bizim dostumuzsan." Əslində isə çinlilər Rusiya üçün nəsə etmək lazım olanda, Putinə kömək etməyə hazır deyillər. OnlarRusiyaya boş vədlərdən başqa heç nə verməyə hazır deyillər. Amma çinlilər amerikalılarla bazarın Rusiya bazarından qat-qat vacib olduğunu bilirlər”, - deyə mütəxəssis izah edib.
Amerikalı strateq əlavə edib ki, Çinin gələcəkdə amerikalılarla daha da yaxın, Rusiya ilə isə daha az işləyəcəyini gözləmək olar.
Xəbərdə o da xatırladılır ki, Putini Haaqa məhkəməsinin növbəti həbs qərarı gözləyir...
S.Laçın
Tarix: 18-11-2023, 09:14