“ƏCLAF NAMİZƏD” AZƏRBAYCANDAN NƏ İSTƏYİR? – Ramasvami yenə ölkəmizi hədəfə alıb

“ƏCLAF NAMİZƏD” AZƏRBAYCANDAN NƏ İSTƏYİR? – Ramasvami yenə ölkəmizi hədəfə alıb


Azərbaycanı sevməyən beynəlxalq mərkəzlərin, Ermənistanın, eləcə də ABŞ-dakı erməni lobbisinin çirkin təbliğatı, təsiri nəticəsində xəritədə Azərbaycanın yerini belə düz-əməlli göstərə bilməyən, regionumuzun tarixindən, bugünündən anlayışı olmayan “siyasətçilər” ölkəmiz barədə sarsaq açıqlamalar verir, ittihamlar səsləndirirlər.
Hurriyyet.az xəbər verir ki, ABŞ-nin Respublikaçılar partiyasından olan Hindistan əsilli prezidentliyə namizəd Vivek Ramasvami ölkəmizin ünvanına növbəti aqressiv, qeyri-adekvat, sarsaq açıqlamalar səsləndirib. Nümayəndələr Palatasının Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişilə bağlı qərarını alqışlayan Ramasvami bunun “düzgün qərar” olduğunu deyib: “ABŞ vergi ödəyicilərinin pulları ilə erməni xristianları təqib edən Azərbaycanın maliyyələşdirilməsi biabırçılıq idi. Təəccüblüdür ki, heç bir prezidentliyə namizəd bu vəhşiliyi(?) etiraf etməyib. Azərbaycana hərbi yardımın bloklanması doğru addımdır”.
Ramasvaminin “vəhşilik” deyərkən nəyi nəzərdə tutduğu qaranlıq qalır. Çünki Xocalı qətliamından Gəncə və Bərdənin dinc əhalisinin bombalanmasına qədər bütün vəhşilikləri məhz Ermənistan törədib. Ya da ola bilsin ki, Ramasvami “vəhşilik” deyərkən ABŞ-nin Yaxın Şərqdə və dünyanın digər bölgələrindəki əməllərini, yaxud onun əsl vətəni Hindistanın müsəlmanlara qarşı törətdiklərini nəzərdə tutur...
Digər prezidentliyə namizədlərin Azərbaycanın ünvanına ittihamlar səsləndirməməsinə dair bu “namizədin” təəccübünə gəlincə, görünür, digərləri onun qədər “parabeyin” deyillər, regionu, burada nələrin baş verdiyini bu saxtakardan daha yaxşı bilirlər...
Xatırladaq ki, Ramasvami ilk dəfə deyil ki, Azərbaycanla bağlı bu cür həqiqətdən və siyasi mədəniyyətdən uzaq fikirlər səsləndirir. Bundan öncə o, guya Azərbaycanın törətdyi cinayətlər barədə çərənləyərkən, Bərdə və Gəncənin ermənilər tərəfindən bombalanmasının kadrlarını nümayiş etdirmişdi. Ramasvami təşviqat xarakterli müsahibəsində ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərinə raket hücumunun kadrlarını nümayiş etdirərək izləyicilərə guya bunun Azərbaycanın ermənilərə qarşı törətdiyinə dair yalan danışmışdı.
Yeri gəlmişkən, həmin vaxt Azərbaycan Prezidenti də buna reaksiya vermişdi: “Həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər”.

Ramasvaminin şər-böhtan və qalmaqal dağarcığı olduğunu ABŞ-də də yaxşı bilirlər. Məsələn, Respublikaçılar partiyasından digər prezidentliyə namizəd, nüfuzlu xanım siyasətçi və diplomat Nikki Heyli Ramasvamini “əclaf” adlandırıb. Debatların birində özünün “Tik-tok”-da qeydiyyatı olan Ramasvami bu şəbəkənin bağlanmasını tələb edib. Üstəlik, o, N.Heylinin ailəsinə qarışıb və onun qızını “Tik-tok”-a qoşulduğu üçün ittiham edib. Onun bu həyasızlığına cavabında N.Heyli deyib: “Öz nitqinə mənim qızımı qatma. Sən sadəcə, əclafsan!”
Görünən odur ki, Ramasvami də daxil olmaqla, dünyanın bütün əclafları Azərbaycana qarşı birləşməkdədirlər, ancaq Azərbaycan öz tarixində çox əclafları, alçaqları, işğalçıları yerinə oturda bilib və sözsüz ki, bu sınaqdan da uğurla çıxacaq...
AzPolitika.info
Tarix: 18-11-2023, 15:21
Xəbəri paylaş





Xəbər lenti