"HƏMAS ona ən güclü siyasi dəstək verən Türkiyəni danışıqlar masasına dəvət etmədi" - XAQANİ CƏFƏRLİ


"Türkiyənin HƏMAS-a sahib çıxmasından və İsraili sərt tənqid etməsindən sonra əcnəbi şirkətlər Türkiyədki böyük layihələrini müxtəlif bəhanələrlə ləğv edirlər"
"İsraillə HƏMAS arasında 4 günlük atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər Misir və Qətərin vasitəçliyi ilə anlaşma əldə ediblər. HƏMAS ona ən güclü siyasi dəstək verən Türkiyəni danışıqlar masasına dəvət etmədi. İslam Əməkdaşlıq Təşkilatının və Ərəb Dövlətləri Liqasının noyabrın 11-də Səudiyyə Ərəbistanın paytaxı Ər-Riyyada keçirilən fövqəladə sammitində toplantının qərarlarının icrasını təmin etmək məqsədilə yaradılan “Qəzzada atəşkəs” üçün qrupa Türkiyə, Misir, İordaniya, Fələstin, Səudiyyə Ərəbistanı və Endoneziya daxil idilər. Bu qrupun Çin xarici işlər naziri Vanq İ ilə keçirilən görüşünə Türkiyə xarici işlər naziri dəvət edilməyib". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, bu qrupun təmsilçilərinin Moskva səfərinə də Türkiyə təmsilçisinin dəvət edilməməsindən sonra Ankara diplomatik kanallarla “Qəzzada atəşkəs” üçün qrupun əlaqələndiricilərinə etiraz edib: "Bundan sonra Türkiyə təmsilçisinin “Qəzzada atəşkəs” üçün qrupun London və Paris səfərlərinə dəvət ediləcəyi bildirilib. Türkiyənin HƏMAS-a sahib çıxmasından və İsraili sərt tənqid etməsindən sonra əcnəbi şirkətlər Türkiyədki böyük layihələrini müxtəlif bəhanələrlə ləğv edirlər. Türkiyənin maliyyə naziri Mehmet Şimşek də dünyanın maliyyə mərkəzlərindən əliboş qayıdıb".
Tarix: 24-11-2023, 09:04
Xəbəri paylaş





Xəbər lenti