ABŞ Maliyyə Nazirinin Terrorla Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə müavini Brayan Nelson Rusiya və Fələstinin HƏMAS hərəkatına qarşı sanksiyaların tətbiqi üçün gələn həftə Türkiyəyə səfər etməyi planlaşdırır.Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ Türkiyə hakimiyyətinin Rusiya şirkətlərinə qarşı birtərəfli sanksiyaları dəstəkləməsini gözləyir və onlardan yan keçməyə kömək etməyəcək.
“Bloomberg” qeyd edir ki, Brayan Nelson niyə Rusiya gəmiləri və təyyarələrinin Türkiyədə xidmət almağa davam etməsi sualını müzakirə etməyi planlaşdırır.
Bildirilib ki, Nelson həmçinin Türkiyə hakimiyyətindən HƏMAS-a qarşı sanksiyalara əməl etməyi tələb edəcək.
Hərəkat ABŞ və Avropa İttifaqında terror təşkilatı kimi tanınsa da, Türkiyə bunu belə hesab etmir.
Oktyabr ayında ABŞ Ədliyyə Nazirliyi Türkiyədə fəaliyyət göstərən “Trend GYO”ya qarşı sanksiyalar tətbiq edib. Agentlik iddia edib ki, hüquqi şəxs HƏMAS-ın investisiya portfelinin bir hissəsidir.
Qeyd edək ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Türkiyə ABŞ və Avropa İttifaqının anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina edib və bunu Rusiya ilə münasibətləri saxlamaq zərurəti ilə izah edib.
Eyni zamanda, “Bloomberg”in türk rəsmisinə istinadən yazdığına görə, mart ayında Türkiyə Aİ və ABŞ-nin qadağan etdiyi malların Rusiya Federasiyasına tranzitini dayandırıb. Bu qərar ictimaiyyətə açıqlanmayıb.