Anti-Azərbaycan qərarı: Yenə erməni lobbisini məmnun etmək istədilər - NƏ BAŞ VERİR?
“Azərbaycanın öz torpaqlarını geri qaytarması bir çox Qərb dairələrini 30 il əvvəl də, bu gün də narahat edir”.Teleqraf.com xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.
““907-ci düzəliş”in yenidən qüvvəyə minməsi ilə bağlı Amerika Senatının bədnam qərarı ABŞ-ın Qafqaz regionundakı maraqlarına vurulmuş bir baltadır. Erməni lobisini məmnun etmək məqsədilə qəbul edilən bu qərarın erməni lobbilərinin heç bir gücünün olmadığı Qafqaz baxımından olduqca qeyri-praqmatikdir və ABŞ-ın öz xarici siyasət və milli maraqlarına ziddiyət təşkil edir.
Şər qüvvələr 1991-ci ildə üstümüzə gəlməklə nəsə əldə etmiş olsa da, 2020-ci ildən sonra tarixi ədalətin zəfər çalması ilə Qafqazda çökdürülüb. Təəssüf ki, Azərbaycanın öz torpaqlarını geri qaytarması bir çox Qərb dairələrini 30 il əvvəl də, bu gün də narahat edir. Amma bu, onlara heç bir fayda gətirməyəcək”, - ekspert bildirib.
Tarix: 27-11-2023, 16:01