İqbal Ağazadədən açıqlama: “Qanun partiyaların üzərinə seçkidə iştirakla bağlı öhdəlik qoyur...”


“Partiyamızda növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr olacaq. Bu, mənim təkbaşına verə biləcəyim qərar deyil”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə seçkilərdə namizəd kimi iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.
 
“Partiyanın rəhbər strukturları Nizamnaməyə uyğun olaraq səlahiyyətli qurumlarla müzakirə edəcək. Seçkilərdə iştirak edib-etməyəcəyimizlə bağlı hələlik heç bir qərarımız yoxdur. Amma Azərbaycan Respublikasının “Siyasi partiyalar haqqında” qanunu siyasi partiyaların üzərinə seçkidə iştirak etməklə bağlı bir öhdəlik qoyur. Yəqin ki, qərarlarımızda bunu da nəzərə alacağıq”, - o bildirib.
Tarix: 7-12-2023, 21:01
Xəbəri paylaş





Xəbər lenti