“İrəvan çox böyük səhvə yol verir və bunun nəticəsi onun üçün faciəvi olacaq”


“İrəvan çox böyük səhvə yol verir və bunun nəticəsi onun üçün facİəvi olacaq”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, İrəvanın Fransanın göstərişi ilə oturub-durması Ermənistan üçün ağır nəticələrə səbəb olacaq:
“Bu gün bütün dünya şahiddir ki, Ermənistan hakimiyyəti Makron hökumətinin dediyi ilə oturub-durur. İrəvan öz xarici siyaətini demək olar ki, tamamilə Fransanın öhdəsinə buraxıb. Halbuki, Fransanın özünün xarici siyasəti başdan-başa uğursuzluqlardan ibarətdir. Belə olan halda Ermənistanın öz xarici siyasətini beynəlxalq arenada uğursuz siyasət yürüdən, öz ölkəsini gözdən salan rəsmi Parisə etibar etməsi absurddur.
Əgər İrəvan Parisin asılılığından xilas olmasa, o zaman regionda daha ciddi problemlərlə üzləşəcək”.
Tarix: 23-01-2024, 13:56
Xəbəri paylaş





Xəbər lenti