Bakıdan sonra ATƏT hədəfə alındı: - Şvabenin məqsədi nədir?

Bakıdan sonra ATƏT hədəfə alındı:
... Kiçik Valtrop şəhərinin sakinləri barədə danışanda almanlar onların sadə, zəhmətkeş, çalışqan insanlar olduqlarını deyirlər. Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki bu şəhər barədə təsəvvürləri, deyəsən, 54 il əvvəl Valtropda doğulmuş Frank Şvabe alt-üst etmək qərarına gəlib.

2005-ci ildən bəri Almaniya Sosial-Demokrat Partiyasının üzvü olan və "Korrupte Seele" ləqəbi ilə tanınan F.Şvabe Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) sosial-demokratların fraksiyasının rəhbəridir.

"Korrupte Seele", yəni "Satqın məxluq" təki ad çıxarmış bu siyasətçi AŞPA-dakı mövqelərini möhkəmləndirmək və sonra da Avropa Parlamentində təmsil olunmaq üçün bütün vasitələrə əl atır.

AŞPA-da Azərbaycana qarşı yönəlmiş qətnamənin "müəllif"i, ölkəmizin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsinin əsas tələbkarı olaan Frank Şvabenin son günlərdəki aktivliyi onun müstəqil təşəbbüs deyil.

Fransa və Almaniyadakı siyasi qüvvələrin təmərküzləşmiş idefiksi olan qətnamənin səsləndirən Şvabe sadəcə, siyasi sifarişi yerinə yetirib.

Amma o, Cənubi Qafqazda Avropa İttifaqı və Avropa Şurası üçün geosiyasi, iqtisadi və geostrateji maraqlar baxımından müstəsna əhəmiyyət kəsb edən Azərbaycanla münasibətlərin ifrat dərəcədə sərinləşməsinə yönəlmiş qətnamənin qəbulu ilə kifayətlənmək niyyətində deyil.

F.Şvabenin aldığı təlimatların preambulasında Avropada iki əsas siyasi struktur sayılan Avropa Şuras və ATƏT arasındakı kommunikasiyaların təftişidir.

Bu tələb isə Fransanın son 4 ildə Avropa məkanında ATƏT-in mövqelərinin zəiflədilməsi, ön plana AŞPA ilə Avropa Parlamentinin çıxarılmaası və yekun nəticə etibarilə sözügedən strukturlarda rəsmi Parisin nəzarət imkanlarının gücləndirilməsidir.

Məhz bu səbəbdən F.Şvabe Azərbaycan nümayəndə heyətinə sanksiyalarla kifayətlənməyərək prosesə "hədəf" qismində ATƏT-i də əlavə edib.

O, BBC-nin Azərbaycan xidmətinə verdiyi müsahibəsində Avropa İttifaqında çox ciddi əks-səda doğuracaq açıqlamalar verib.

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə dair çağırışın müəllifi olan Almaniya parlamentinin (bundestaq) üzvü F.Şvabe deyib: "Bizim Azərbaycanla bağlı məruzəçilərimiz Bakıya jetmək üçün xahiş etdilər, ancaq onlara ölkəyə giriş icazəsi verilməyib. Buna oxşar digər nümunələr də var, lakin ən son məsələ, təşkilatın fevralın 7-də Azərbaycanda keçiriləcək erkən prezident seçkilərini müşahidəyə dəvət edilməməsidir. Bu, hər bir ölkənin öhdəliyidir, bütün digər ölkələr buna hörmətlə yanaşırlar. Lakin Azərbaycan bizi dəvət etmədi, onlar ATƏT-i dəvət etdilər. Bu, Azərbaycanın istəyinə bağlı olan bir şey deyil. Rəsmi Bakı qərar verə bilməz ki, bu təşkilatı istəyir, digərini isə yox. Onlar bizi dəvət etməli idilər".

Şvabe daha sonra söyləyib: "İndi onlar bilirlər ki, Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacaqlar və ümid edirlər ki, ATƏT-in hesabatı o dərəcədə tənqidi olmayacaq. Bu, Avropada və təşkilatımızda mövcud olan demokratik dəyər və qaydalarla oyun oynamaq deməkdir ki, buna icazə verə bilmərik".

Frank Şvabe, göründüyü kimi, aşkar şəkildə AŞPA və ATƏT arasında səlahiyyət bölgüsü, habelə fəaliyyət mexanizmlərinin müəyyənləşməsi baxımından qarşıdurma yaratmağa çalışır. Eyni zamanda o, təmsil etdiyi AŞPA-nın ATƏT-lə müqayisədə "daha obyektiv, dürüst və realist" olduğunu açıq deyir.

Bu, Avropa İttifaqının siyasi konstruksiyalarına meydan oxumaq, heç bir əsas olmadan ATƏT-i korrupsiyada, yarıtmaz fəaliyyətdə və subyektiv yanaşmada suçlamaqdır.

Daha dəqiq olsaq, F.Şvabe ümumiyyətlə, ATƏT-in seçki monitorinq və müşaşidə missiyalarının mənasız, səthi və gərəksiz olduğuna işarə vurur.

Alman deputatın BBC-yə müsahibəsində söylədikləri - hər şeyi öz adı ilə dəyərləndirsək - ATƏT-in aşağılanması, adı çəkilən strukturun rəhbərliyinin və məruzəçilərinin təhqir edilməsidir.

F.Şvabe bununla da kifayətlənməyəərək Azərbaycanı ATƏT-ə qarşı "oyun oynamaq"da suçlayıb.

"ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm, çünki bizim razılaşmamız var ki, hər hansı ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə imkan verməyəcəyik. Yəni ya biz birlikdə çağrılırıq, ya da heç birimiz həmin ölkəyə getmirik. Mən ATƏT-dən bunu istəyirəm. Bəli, ATƏT bilir və hazırda bu istiqamətdə müzakirələr aparırıq, lakin onlar Azərbaycan tərəfinin təzyiqi altındadır. Onlar bilirlər ki, bu ilin oktyabrında ATƏT-in gələcəyi ilə bağlı müzakirələr zamanı bütün ölkələrin, o cümlədən Azərbaycanın dəstəyinə ehtiyacları olacaq. Azərbaycanda hesab edirlər ki, ATƏT-i dəvət etmək, Avropa Şurasını isə kənarda saxlamaq daha yaxşıdır. Bu isə mümkün deyil və biz buna imkan verməyəcəyik".

Azərbaycanın ATƏT, AŞPA, Avropa Parlamenti, ümumiyyətlə, Avropa İttifaqından gözləntiləri və istəkləri sadədir, məlumdur və şəffafdır.

Rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bu qurumlardan demokratik, obyektiv, səhih, qərəzsiz, dürüst yanaşma formatını tələb edir.

AŞPA və Avropa Parlamentində indiyədək dəfələrlə ölkəmizlə bağlı qərəzli, subyektiv, beynəlxalq hüquqa selektiv yanaşma və ən pisi, hüququn preambulasını təşkil edən prinsiplərin ikili standartlarla əvəzlənməsinin yer aldığı sənədlər qəbul olunub.

İrqçilik, ksenofobiya, islamofobiya, türkofobiya, Ermənistanın və ermənilərin aşkar dəstəklənməsi, kor-koranə şəkildə Azərbaycana qarşı paranoidal ittihamların irəli sürülməsi heç bir halda tərəfdaşlıq və ya əməkdaşlıq müstəvisindəki prosedurlar sayıla bilməz.

Frank Şvabenin dediklərindən aydın görünür ki, o, Azərbaycanla bağlı səhih, faktlara əsaslanan və obyektiv dəyərləndirmələri səsləndirən istənilən siyasətçini, strukturu və ya təşkilatı "ələ alınmış, təzyiqə məruz qalmış", ya da "korrupsiyaya uğramış" hesab edir.

Bu siyasi liliputun lüğətində "Azərbaycan" kəlməsinin sinonimləri yalnız neqativ, ya da qanunazidd əməlləri ehtiva edən kəlmələrdir.

Halbuki Şvabe kimi siyasi mikroblardan fərqli olaraq, Avropa İttifaqı, NATO və ATƏT rəhbərliyi, bu strukturların nüfuzlu ekspertləri və məruzəçiləri Azərbaycanın yürütdüyü daxili və xarici siyasətin mahiyyətini, Bakının strategiyasını və regional taktikasını anlayırlar. Onlar dərk edirlər ki, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatından tutmuş, beynəlxalq terrorizmlə mübarizədə, geosiyasi hegemonluq iddiasına düşmüş dövlətlərin irrasional davranışına qarşı obyektiv siyasətin gerçəkləşdirilməsində Azərbaycan yalnız Cənubi Qafqazda həddən ziyadə güclü element olmaqla yanaşı, Mərkəzi və Ön Asiyadakı proseslərə təsir imkanlarına malik dövlətdir.

Frank Şvabe bunu anlamayan siyasətçi görüntüsü yaradır, halbuki situasiyanı təhlil etməık bacarığına malikdir.

Əks təqdirdə o, Azərbaycane ərazilərinin 20 faizinin erməni işğalında olduğu illərdə AŞPA-nın Ermənistana zərrə qədər təsir etməməsini, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün taleyinə tam biganə qalmasını qeyri-ciddi məsələ qismində qələmə verməzdi.

Azərbaycanın Avropa Şurasına üzv olduğu 2001-ci ildən sonra 2020-ci ilədək erməni işağlına, separatizminə, azərbaycanlıların hüquqlarının və haqlarının İrəvan tərəfindən kütləvi şəkildə pozulmasına göz yuman AŞPA indi qarabağlı ermənilərə qarşı guya təzyiqlərin olduğunu iddia edərək onların hüquqlarını qorumaq niyyətindədir.

Frank Şvabe bununla bağlı sualdan da yayınıb və “bu hər kəsə aydın idi. Lakin biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik: bu tip məsələlərlə məşğul olan digər təşkilatlar və digər formatlar mövcuddur” kimi absurd açıqlama verib.

Azərbaycan AŞPA-dan ərazi münaqişəsinin həllini yox, Ermənistanın və qarabağlı ermənilərin yüz minlərlə azərbaycanlının hüquqlarını vəhşicəsineə pozmasına son qoyulmasında real, əməli rol oynamasını istəyirdi.

Olmadı, çünki AŞPA-nın insan hüquqları yox, merkantil planlarının realllaşmasını maraqlandırıb və indi də belədir.

Azərbaycana qarşı aşkar düşmən mövqe tutan Frank Şvabenin AŞPA ilə ATƏT arasında da intriqa və qarşıdurma yaratmaq cəhdlərinə gəldikdə isə, ümid edirik, Avropa İttifaqının müvafiq strukturları bu antigigiyenik oyunlarının məqsədini anlamağa cəhd edəcək.

Çünki bu dəfə Avropanın siyasi əməkdaşlıq və kommunikasiyalar mexanizminin xarabalıqları arasında hədəfə alınan ATƏT-dir...

Elçin Alıoğlu - TREND
Tarix: 26-01-2024, 16:07
Xəbəri paylaş





Xəbər lenti