Fransanın antiAzərbaycan siyasəti... NƏTİCƏ VERDİMİ?

Fransanın antiAzərbaycan siyasəti...
“Fransanın antiAzərbaycan siyasəti nəinki nəticə vermir, əksinə, Makrona imic itkiləri gətirir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Makron yürütdüyü siyasətə başqa alternativ tapa bilmədiyi üçün eyni dəsti-xətti davam etdirir:

“Makron siyasətiçi kimi olduqca zəifdir və o, Azərbaycana qarşı yürütdüyü yanlış siyasətə alternativ tapa bilmədiyi üçün bu siyasəti davam etdirir. Hansı ki, bu siyasətin səmərə vermədiyi göz önündədir. Ancaq Makron hökuməti siyasi baxımdan kasad və səbatsız olduğu üçün öz mövqeyində, yanaşma tərzində ciddi dəyişiklik edə bilmir.

Bu gün Fransa Qarabağı könüllü tərk edən ermənilər üçün beynəlxalq səviyyədə zəmanət əldə etməyə çalışır. Halbuki, həmin ermənilər Qarabağı könüllü tərk ediblər və onlar üçün nə dünən, nə də bu gün hər hansı təhdid, təhlükə mövcud deyil. Sadəcə, Fransa mövcud durumdan istifadə edərək Azərbaycanın daxili işlərinə qarışmağa çalışır ki, bu da ölkəmiz üçün qəbuledilməzdir”.
Tarix: 27-01-2024, 16:36
Xəbəri paylaş





Xəbər lenti