"Dünyada Qəzzada müharibənin başa çatdırılmasına gətirib çıxaracaq üç mümkün istiqamət müzakirə edilməkdədir..."
"Təkliflərdən biri Mahmud Abbasın vəzifəsindən kənarlaşdırılması və onun səlahiyyətlərinin digər liderlərə həvalə edilməsi daxil olmaqla yenilənməş Fələstin administrasiyasının yaradılmasıdır..."
"Qəzza bölgəsində yaradılacaq Fələstinin yeni rəhbərliyinin mühafizəsi üçün oraya ərəb sülhməramlı qüvvələrinin göndərilməsi təklif edilir..."
Dünyanın ən azı on ölkəsinin yüksək vəzifəli məmurlarının Qəzzada müharibəyə son qoyulması üzrə təkliflərin yeni icmalı üzə çıxıb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Münaqişəni nizamlanmaq niyyəti həm israilli girovların geri qaytarılması, həm də ölkənin cənub əhalisi üçün təhlükəsizlik zəmanətlərini özündə ehtiva edən hərtərəfli atəşkəsə nail olmaq cəhdindən başlayır.
Növbəti mərhələdə müzakirə edən tərəflər Yaxın Şərqdə qüvvələr balansının dəyişilməsi və İsrail-Fələstin münaqişəsinin həllinə cəhddən danışır.
Məlumatda bəzi bəlli təkliflər, o cümlədən Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması xatırlanır.
Fələstin Muxtariyyəti rəhbərliyinin müharibə başa çatdıqdan sonra Qəzzanın idarə edilməsini öz üzərinə götürə bilməsi üçün islah edilməsi barədə təklif də müzakirə edilir.
Təkliflərdən biri ondan ibarətdir ki, Mahmud Abbasın Fələstin Muxtariyyətində "rəmzi rolu" saxlanılmaqla Muxtariyyətin faktiki idarə edilməsi yeni sədrə və ya baş nazirə həvalə edilsin.
Bundan başqa, Qəzza bölgəsinə müharibədən sonra yaradılacaq Fələstinin yeni rəhbərliyinin mühafizəsi üçün oraya "ərəb sülhməramlı qüvvələrinin" göndərilməsi təklif edilir.
Yeni qayda-qanun fələstinlilərin müstəqil dövlət yaratmaq hüququnu bir daha bəyan edən ABŞ başda olmaqla BMT Təhlükəsizlik Şurasının nəzarəti altında həyata keçiriləcək.
Qəzetin məqaləsi diskusiyalarda iştirak edən 12 diplomat və digər rəsmi şəxslərlə söhbətə əsaslanır. Bu mənbələrə uyğun olaraq, dünyada müharibənin başa çatdırılmasına gətirib çıxaracaq üç mümkün istiqamət müzakirə edilməkdədir.
Co Bayden administrasiyası hazırda səylərin birləşdirilməsi, Qəzzada HƏMAS-ın hakimiyyətdən kənarlaşdırılması, yenilənmiş Fələstin Muxtariyyətinin yaradılması və İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən vahid təklifin işlənib hazırlanmasına cəhd göstərir.
Birinci və ən mədud yol 2-3 ay ərzində atəşkəsə nail olunması, bu müddətdə israilli girovların evlərinə dönməsi, minlərlə fələstinlilərin həbsxanadan azad edilməsi təklifidir.
Diplomatlar ümid edir ki, bu fasilə zamanı tərəflər hərbi əməliyyatların uzunmüddətli dayandırılması barədə sazişi müzakirə edəcək.
İkinci istiqamət Mahmud Abbasın indiki vəzifəsindən kənarlaşdırılması və onun səlahiyyətlərinin digər liderlərə həvalə edilməsi daxil olmaqla yenilənmiş Fələstin administrasiyasının yaradılmasıdır.
Məlumatda Fələstin Muxtariyyətində korrupsiyanın tüğyan etməsi, habelə İsrailin Fələstin Muxtariyyətində bu gün İsrailə nifrətin aşılandığı təhsil sistemində köklü islahatlar aparılması və terrorçulara ödənişlərin dayandırılması tələbi xatırlanır.
Həmçinin qeyd edilir ki, İsrailin ərəb sülhməramlı qüvvələrinin yaradılması ideyasını rədd etməsinə rəğmən, o, öz nəzarəti altında beynəlxalq qüvvələrin yaradılmasına hazırdır. Bu təklif hazırda ərəb ölkələri tərəfindən rədd edilir.
Nəhayət, üçüncü istiqamət Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasıdır ki, bu da həm Bayden, həm də Netanyahu üçün mühüm siyasi qələbə olacaq.
Əgər müharibədən öncə sazişə aparan yola zəmanət verilməsi və Səudiyyə Ərəbistanı İsrailin cüzi güsəştləri ilə qane olacağı güman edilirdisə, oktyabrın 7-dən sonra vəziyyət dəyişib.
Ər-Riyad sazişin dəyərini yüksəldib və indi İsrailin Fələstin dövlətinin yaradılmasına, o cümlədən Qəzza bölgəsinin Fələstin tərəfindən idarə edilməsinə gətirib çıxaracaq proses üzrə öz üzərinə öhdəliklər götürməsini tələb edir.
ABŞ-ın rəsmi şəxsləri İsrailə məlumat verib ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ərəb ölkələri Qəzzanın maliyyələşməsində iştirak etməyə yalnız İsrailin bu prosesə dəstək verəcəyi tədqirdə razı olacaq.
Hazırda Netanyahu bu təklifi rədd edir və İudeya və Samariyanın bütün əraziləri üzərində İsrailin hərbi nəzarətini saxlayacağını, habelə Qəzzada ordusunun mövcud olacağını vəd edir.
Normallaşmaya aparan yolda daha bir maneə Səudiyyə Ərəbistanının ABŞ ilə qarşılıqlı müdafiə üzrə müqavilə imzalanması tələbidir, bu da Senat tərəfindən çətin ki, təsdiq ediləcək.
Tarix: 28-01-2024, 08:20