İrəvan Bakıya hücum etməmək haqqında paktı imzalamağı təklif etdi


“Ermənistan Azərbaycana sülh müqaviləsinin imzalanması prosesi gecikdiyi halda hücum etməmək haqqında pakt imzalamağı təklif edib”.
 
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Ordu Gününə” həsr olunmuş çıxışında deyib.
 
“Biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini tətbiq etməyi təklif etdik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı halda hücum etməmək haqqında pakt imzalamaq təklif olunub”, - Paşinyan bildirib.
 
O qeyd edib ki, Ermənistan sülh gündəminə sadiqdir və bundan dönməyəcək.
 
Oxu.az
Tarix: 29-01-2024, 08:45
Xəbəri paylaş





Xəbər lenti