İqtisadçı ekspert Azərbaycandan keçən dəhlizlərlə bağlı Avropanın zəif ölkələrinə SƏSLƏNDİ
"Azərbaycanda adı çəkilməyən amma uzunluğu Bakı-Tbilisi-Qarsdan 10 dəfə böyük olan elə Avropa dəhlizləri (Atlantik Dəhli TVzi, Baltik-Adriatik Dəhlizi və s.) var ki, bu dəhlizlərin genişləndirilməsi üzrə Avropanın İnkişaf Planını (AİP) hazırlanıb"
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
'Maraqlı olan odur ki, Avropa nisbətən zəif üzvlərindən (Çexiya, Polşa və s) dəhliz üzrə öhdəliklərini 2023-də bitirmələrini tələb etmişlər. Bu ölkələr də Avropanın planına uyğun öhdəlikləri tamamlamışlar. Amma Fransa, Almaniya və bir neçə digər güclü Avropa ölkəsi bu planların icrasına məhəl qoymayaraq 2023-cü ildə bitirməli olduqları öhdəlikləri 2030-da edəcəklərini açıqlayıblar.
Yəni ki, öz Avropa ailəsinin zəif üzvlərinə “dedovşina” prinsiplərilə yanaşan ölkələrdən çox da ədalət gözləməyin".