“AŞPA-nın ikili standartları təşkilata olan inamı sarsıda bilər” - Avropalı deputat

Avropa Şurası (AŞ) kimi bir təşkilatda ikili standartlara yer olmamalıdır.
Bu barədə “Report”a Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Stefan Yovanoviç məlumat verib.
S.Yovanoviç qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin assambleyanın işində iştirak etməməsi çətin ki, bir təşkilat kimi Avropa Şurasının xeyrinə olsun: "Təşkilat əməkdaşlıq və dialoq platforması rolunu oynayır. Azərbaycanın AŞPA-da olmaması təşkilatda regional problemlərin effektiv həllinə mane olacaq”.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin AŞPA-nın bəzi üzvlərinin onun səlahiyyətlərini şübhə altına almasına reaksiyası təəccüblü deyil.
Deputat vurğulayıb ki, AŞ təşkilat üzvlərinin ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyi ilə bağlı dəfələrlə prinsipial mövqe tutub: "Avropa Şurası ikili standartlar olmadan bu prinsiplərə riayət olunmasını təmin etməlidir. Bu, təşkilatın nüfuzunu və effektivliyini qorumaq üçün çox vacibdir”.
S.Yovanoviç hesab edir ki, AŞPA öz qərarlarında ədalətli olmağa çalışmalı, bütün iştirakçı ölkələrə bərabər münasibət göstərməlidir: “İkili standartlar təşkilatın etibarını sarsıda, eləcə də üzv ölkələr arasında əməkdaşlığı və dialoqu inkişaf etdirmək qabiliyyətinə mane ola bilər”.
Tarix: 30-01-2024, 11:30
Xəbəri paylaş





Xəbər lenti