Avropa Məhkəməsi Qarabağda sutkalığa düşən şəxsə görə Ermənistanı cərimələyib

Avropo İnsan Hüquqları Məhkəməsi tanınmamış Qarabağ Respublikasında inzibati qaydada həbs edilən Marina Hamzayana görə Ermənistana qarşı qərar çıxarıb.
Bu barədə Gununsesi.info-ya Avropa İnsan Hüquqları Məhkəməsindən göndərilən məlumatda deyilir.
Bildirilir ki, “Hamzayan Ermənistana qarşı”  (ərizə № 43082/14) işdə ərizəçi Marina Hamzayan Ermənistan vətəndaşıdır, 1980-ci ildə anadan olub .

İş Yehovanın Şahidi olan ərizəçinin verdiyi inzibati cəzaya aiddir.
Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın hakimiyyət orqanlarına dini etiqadına görə
həmin şəxsin evində Yehovanın Şahidi ilə deyil, kimsə ilə söhbət etdiyi üçün həbs olunan Mariya Hamzayan şikayətlərində 9-cu (fikir, vicdan və din azadlığı) və 14-cü (qadağa) maddələrinə əsaslanıb.
O, iddia edir ki, dini bir dinc müzakirəsinə görə  qanuna zidd olaraq ona inzibati cəza verilib.
Ərizəçi bunu  din azadlığı hüququna qeyri-mütənasib müdaxilə kimi qiymətləndirib.
Şikayətləri araşdıran Avropa Məhkəməsi iddianın bir qismini qəbul edərək, Hamzayana mənəvi zərər üçün 3 min avro təzminat təyin edib.
Vəkil xərci üçün isə ayrıca olaraq, 1000 avro təyin edilib.
 
Tarix: 6-02-2024, 16:41
Xəbəri paylaş





Xəbər lenti