Vaşinqtonun Ermənistan MARAQLARI... - “Gallup”ın dili ilə...

Vaşinqtonun Ermənistan MARAQLARI...
“Gallup” mərkəzinin Ermənistanda keçirdiyi sorğunun nəticəsi iki əhəmiyyətli məqamı üzə çıxardıb. Birincisi, baş nazir Nikol Paşinyana ictimai etimad səviyyəsi azalıb. İkincisi, sorğu nəticəsinə görə, Ermənistanda Konstitusiyanın dəyişdirilməsinin əleyhinə olanlar tərəfdarları üstələyib.

“Gallup” sorğu mərkəzinin baş ofisi ABŞ-da yerləşir. Qəbul olunub ki, Vaşinqton Nikol Paşinyanı dəstəkləyir və onun Moskva qarşısında zəifləməsini istəmir. Ancaq Vaşinqtonla bağlılığı olan sorğu mərkəzi erməni cəmiyyətinə və beynəlxalq aləmə əks-mesaj verib.

Görünür, Vaşinqton Nikol Paşinyanı Ermənistan hakimiyyəti içərisində bir başqa tərəfdarı ilə dəyişməyi ciddi düşünür.

Digər tərəfdən Vaşinqtonun Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu təşəbbüsünü bu vaxta qədər dəstəkləməməsi “Gallup” mərkəzinin bununla bağlı sorğusundan da aydın olur.

Elxan Şahinoğlu 

Siam.az
Tarix: 8-02-2024, 09:35
Xəbəri paylaş





Xəbər lenti