Seçki prosesinə rəqəmsal baxış.- Seçki sistemimiz müasir çağırışlara cavab verirmi ?

Seçki prosesinə rəqəmsal baxış.- Seçki sistemimiz müasir çağırışlara cavab verirmi ?
Seçki günü arxada qaldı. Müşahidələr onu deməyə əsas verir ki, bəzi çatışmazlıqlar olsa da, ötən dövrlərdə baş verən ciddi pozuntular olmayıb, qanunvericiliyə və beynəlxalq normalara uyğun olub.
Seçki günü seçici fəallığı yüksək olsa da, namizədlərin seçki öncəsi fəaliyyəti cəmiyyətin ictimai fəallığını və aktivliyini yüksəldə bilməyib.

Bizim seçki sistemi, seçki infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsinə və müasir çağırışlara adekvatdrımı?
Təəssüf ki, bu belə deyil.
MSK sadəcə seçicilərin dəqiqləşdirilməsi üçün ASAN infrastrukturunda müəyyən innovativ həllər tətbiq edib və bununla da iş bitib.
Düşünürəm ki, aşağıdakılar onu deməyə ciddi əsas verir ki, bizim sesçki sistemi müasir çağırışlara yetərincə cavab vermir :
1. Ölkədə son bir neçə ildə az da olsa rəqəmsal transformasiya baş verib, vətəndaşların biometrik identifikasiyasına əsaslanan sistemlər yaradılıb, vətəndaşların şəxsi məlumatları rəqəmsal resurslarda yerləşdirilib (MyGov, e-Polis və s.).
Yəni hökumət vətəndaşın rəqəmsal identifikasiyasına SON SEÇKİLƏRDƏN SONRA xeyli investisiya yatırıb.
MSK isə seçki günü seçki məntəqələrində vətəndaşın şəxsiyyətini müəyyən edən istənilən kağız sənədi qəbul edib, lakin rəqəmsal məlumatları qəbul etməyib.
2. MSK bildirib ki son illərdə seçici sayı 1 milyon artıb. RİNN də bildirib ki, son iki-üç ildə 2 milyon ev təsərrüfatına fiber optik internet çəkilib. ETN açıqlayıb ki son bir-iki ildə 1500 məktəbə optik internet xətti çəkilib.
Yəni seçki məntəqələrini veb-kameralarla təmin etmək üçün SON SEÇKİLƏRDƏN SONRA ölkədə daha ucuz və daha keyfiyyətli mühit formalaşıb.
Lakin MSK-nın veb- kamera ilə təhciz etdiyi məntəqələrin (məktəblərin) sayı 10 il əvvəllki qaydada olub, cəmi 1000 məntəqə kamera lə təhciz edilib
3. Qeyd olunduğu kimi ölkədə son illər rəqəmsal tarnsfromasiya güclənib və vətəndaşların identifikasiyası xeyli rəqəmsallaşıb. İndi hər bir vətəndaş üçün əlçatan olan SİMA rəqəmsal imzası var. Dövlətin kibertəhlükəsizliyi də xeyli güclənib. SON SEÇKİLƏRDƏN SONRA bu sahədə ciddi uğurlar var.
Lakin bütün bunlara baxmayaraq MSK heç bir məntəqədə, pilot qaydada da olsa elektron səsvermə təşkil edə bilməyib.
Xatırladıram ki, qonşu ölkələrdə və Avropada bu praktikadan istifadə edilir. Bizdə 2000-ci illərdə buna cəhdlər olub, sonradan proses dondurulub.
Beləliklə, düşünürəm ki, seçki sistemimiz nəinki müasir çağırışlardan, hətta ölkəmizin rəqəmsal inkişaf səviyyəsindən ən azı 3-4 il geri qalıb.
Ümid edirəm, MSK, Seçkilər İnformasiya Mərkəzi, RİNN, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi növbəti seçkilərədək seçki texnologiyalarını təkmilləşdirəcək və bu infrastrukturun rəqəmsal transformasiyasını gücləndiriəcək .
Osman Gunduz
Tarix: 9-02-2024, 08:15
Xəbəri paylaş





Xəbər lenti