"Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırıq" - Rəsmi Paris

"Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırdır".
"Report"un Fransa bürosu bildirir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Parisdə səfərdə olan erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı söyləyib.
Görüşdə fransalı nazir Parisin Avropa İttifaqı və ABŞ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi sahəsindəki vasitəçilik səylərini dəstəklədiyi qeyd edib. O, yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmət əsasında ədalətli və davamlı sülh mümkün ola biləcəyi vurğulayıb.
Tarix: 10-02-2024, 08:46
Xəbəri paylaş





Xəbər lenti