Avropa İttifaqı onlarla şirkətə sanksiya tətbiq edəcək – Türkiyə, Qazaxıstan şirkətləri də var

 
Avropa İttifaqı üzv ölkələrə Rusiya ilə əməkdaşlıq üçün iyirmi şirkətə, o cümlədən materik Çindən üç şirkətə qarşı ticarət məhdudiyyətləri tətbiq etməyi təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg mövcud sənəd layihəsinə istinadən məlumat yayıb.
Sənədə görə, məhdudiyyətlər “Rusiyanın hərbi və texnoloji sahədə güclənməsinə və ya Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verən” texnologiya və elektronika şirkətlərinə təsir edəcək.
Bundan əlavə, Honqkonq, Hindistan, Qazaxıstan, Serbiya, Tailand, Türkiyə və Şri-Lanka şirkətlərinə də məhdudiyyətlər qoyulacaq.
Sənəddə vurğulanır ki, bu ölkələrin şirkətlərinə məhdudiyyətlərin tətbiqi "onların hərəkətlərinə görə fəaliyyət göstərdikləri yurisdiksiyalara məsuliyyət yaranması demək deyil".

Tarix: 12-02-2024, 22:24
Xəbəri paylaş





Xəbər lenti