Sülhməramlıların mandatı uzadılsa, hərbi baza yaradacaqlar - ŞƏRH



Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sülhməramlıların fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq getdiyini deyib.



O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı dialoq müntəzəm xarakter daşıyır və konstruktiv şəkildə qurulur.





Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu Bakupost.az -a deyib ki, Rusiya Qarabağ bölgəsində qalmaq üçün müxtəlif variantlara əl atır, bəhanələr uydurur:


"İndi orada erməni yoxdur, təhlükəsizlik məsələsi də həll edilib. Belədirsə, sülhməramlılara nə ehtiyac var? Ruslar özləri də nə bəhanə uyduracaqlarını bilmirlər. Gündə bir təklif, bəhanə ilə gəlirlər".


E.Şahinoğlu qeyd edib ki, Azərbaycan tərəfinin bununla bağlı rəyi bəllidir:

"Başda Prezident İlham Əliyev və cəmiyyətimiz olmaqla, Rusiya hərbi kontingentinin qalma müddətinin artırılmasını istəmirik. Çünki bu, gələcəkdə bizə təhlükə yarada bilər. Müddət uzadılsa, burada hərbi baza yaratmağa da cəhd edərlər. Bizim bu məsələ ilə bağlı iki müsbət təcrübəmiz də var. Müstəqilliyimizin ilk illərində Rusiya hərbi bazalarını ölkəmizdən çıxardıq. 2000-ci illərdə, elə Prezident İlham Əliyevin dövründə Qəbələ RLS ilə bağlı müqaviləni uzatmadıq. Bu da üçüncü müsbət təcrübə olar: 2025-ci ildə Rusiya hərbi kontingentini xoşluqla yola salarıq”.
Tarix: 16-02-2024, 13:30
Xəbəri paylaş





Xəbər lenti