Nazir Azərbaycanda siyasi həbslərin olması ilə bağlı fikirləri cavabsız qoydu


Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsində çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, o, “Transparency International”ın sədr müavini Ketakandriana Rafitosonun Azərbaycanda siyasi həbslərin olması ilə bağlı şərhini cavabsız qoyub.
“Siz Azərbaycanda COP29-a ev sahibliyi edəcəksiniz. Biz hüquq müdafiəçilərinin, iqlim dəyişikliyi fəallarının və digərlərinin həbs edildiyini eşitmişik. Ümid edirik ki, qarşıdan gələn COP29 dövründə bu kimi məsələlər səngiyəcək. Çünki siz bizim səsimizi eşitməlisiniz. İqlim dəyişikliyi qlobal məsələdir. Hər kəs buna öz töhfəsini verməlidir”, - Ketakandriana Rafitoson müzakirə zamanı söz alaraq deyib.
Muxtar Babayev çıxışını davam etdirsə də, Ketakandriana Rafitosonun həbslərlə bağlı dediklərinə münasibət bildirməyib.
Tarix: 18-02-2024, 21:36
Xəbəri paylaş





Xəbər lenti