Nazir Elçin Zeynalovun rəis qardaşını vəzifədən kənarlaşdırdı


Fövqəladə Hallar Nazirliyinin (FHN) Maliyyə-iqtisadiyyat Baş İdarəsində yoxlama keçirilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yoxlamanı müvafiq qurumlarla yanaşı, FHN-nin Nəzarət-təftiş İdarəsinin rəisi Qəşəm Məmmədovun rəhbərliyi ilə aparılıb.
Aparılan yoxlama zamanı sözügedən idarədə ciddi maliyyə pozuntuları aşkarlanıb. Buna görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi polkovnik Zaur Zeynalov vəzifəsindən kənarlaşdırılıb.Qeyd edək ki, Zeynalov Zaur Fuad oğlu əvvəllər Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutub. Polkovnikin qardaşı Elçin Zeynalov “Italdizain” Şirkətlər Qrupunun baş direktorudur. Elçin Zeynalov mərhum gənclər və idman naziri Azad Rəhimova yaxın şəxs hesab edilirdi. Azad Rəhimov həm də “İtaldizayn” QSC-nin iki təsisçisindən biri olub. O, 1998-2006-cı illərdə şirkətin baş icraçı direktoru vəzifəsində çalışıb.
Xatıradaq ki, 2022-ci ilin aprel ayında FHN-nin Maliyyə-iqtisadiyyat Baş İdarəsində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlandığı üçün qurumun rəhbəri general-mayor Nağı Nağıyev vəzifəsindən azad edilmiş, yerinə Zaur Zeynalov təyin olunmuşdu. Nağ Nağıyev hər “Aptek Nağı” ləqəbi ilə tanınır.
Tarix: 21-02-2024, 22:20
Xəbəri paylaş





Xəbər lenti