Ermənidən ağıllı söz: “Rusiya Ermənistana və Azərbaycana təsir alətini itirib”
“Rusiya artıq Ermənistan və Azərbaycana təsir alətini itirib”. Ovqat.com-un məlumatına görə,
Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan belə hesab edir.
Onun fikrincə, ““Dağlıq Qarabağ Respublikası”nın ləğvi Rusiyanın həm Azərbaycana, həm də Ermənistana təsir alətlərinin ləğvi” mənasına gəlir.
Erməni analitik vurğulayıb ki, (Ukraynda) “Müharibə bitənə qədər bizi gözləyin” demək mənasız təsəllidir: “Müharibə bitəcək, sonra nə olacaq? “DQR” bərpa olunacaq? Burada Rusiyanın Cənubi Qafqazda işlətdiyi və Cənubi Qafqazda oyunçu kimi qaldığı alətlər bir neçə ay əvvəl qırılıb və bunu dəyişmək olmaz”, - politoloq İrəvanda Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin təşkil etdiyi konfransda bildirib.
O diqqətə çatdırıb ki, Ermənistanın Qərbə yönləndirilməsi müvəqqəti manevr, yol ayrıcı məsələsi deyil, Ermənistan üçün artıq seçilmiş və son dərəcə ciddi risklər daşıyan yoldur.
Ermənistandakı təhlükəsizlik vəziyyəti və rusiyalı ekspertlərin Ukrayna hadisələri bitənə qədər təhlükəsizlik ehtiyaclarını ödəmək üçün başqa ölkələrdən silah axtarmaq təklifinə gəlincə, İsgəndəryan düşünür ki, indiki vəziyyətdə Ermənistan hakimiyyəti həqiqətən də başqa ölkələrdə silah axtarmalı olacaq. O əlavə edib ki, bundan sonra Rusiyanın artıq geri dönə biləcəyinə inanmır.
İsgəndəryan təhlükəsizliyin digər aktorlardan təmin olunması məsələsinə də toxunub.
“Qərb təhlükəsizlik təminatçısı olmağa qadirdirmi, yox, Rusiya buna qadirdirmi, o da yox”, -deyən analitik rusiyalı həmkarlarının “Ukraynadakı müharibə bitənə qədər bizi gözləyin” təklifinə münasibət bildirərkən deyib ki, bu müharibə (Ukrayna) uzun müddət davam edəcək: “Və sizin isə geri dönməyə yeriniz olmayacaq”.
Tarix: 25-02-2024, 11:35