Bölgədə böyük parçalanma: - “Yeni dövlət” qurulur, hədəfdə Türkiyə də var

Bölgədə böyük parçalanma:
PKK terror təşkilatına dəstəyini artıran ABŞ Türkiyə yaxınlığında - Suriyada “kürd dövləti” yaratmaqla məşğuldur.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinin yazarı Abdulkadir Selvi deyib.

“Dünyan Qəzza və Ukrayna ilə məşğul olduğu bir vaxtda ABŞ sərhədimizdə “Kiçik İsrail”in (“Kürdüstan”) təməlini qoyur. PKK iyunun 11-də Afrin və Təl-Rıfat da daxil olmaqla Mənbiçdən başlayaraq, sərhədlərimizdə bitən bölgədə “seçkilər” keçirəcək. PKK-nın nəzarətində keçiriləcək “seçkilər”də bu terror təşkilatının yaratdığı “Seçki Mərkəzi”nin təsdiqlədiyi şəxslər namizəd ola bilərlər. “Seçkilər”də yalnız PKK-nın silahlı birləşmələrində xidmət edən terrorçular səs verə biləcəklər”, – jurnalist bildirib.

Selvi Vaşinqtonun “kürd dövləti” ilə bağlı planının çoxdan hazır olduğunu qeyd edib:

“PKK-nın himayədarı, ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Makqurk (Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq İdarəsinin direktoru Bred Makqurk) ikimərhələli plan hazırlayıb. Planın birinci mərhələsində PKK üçün “muxtar idarəetmə” yaradacaqlar. İkinci mərhələdə “PKK dövləti” quracaqlar.

İlk addımda Suriyanı parçalayacaqlar. İkinci addımda növbə Türkiyəyə çatacaq.

Türkiyə Milli Təhlükəsizlik Şurası öz bəyannaməsində bu təhlükəyə diqqət çəkib: “Milli təhlükəsizliyimiz və qonşularımızın ərazi bütövlüyünə zidd olan hər hansı addıma imkan verilməyəcəyik”.

ABŞ-nin bu addımı atmasına imkan verməməliyik. Sabah çox gec ola bilər”.
Tarix: 30-05-2024, 18:32
Xəbəri paylaş





Xəbər lenti