“X” və “Meta”nın hesabını blokladığı şəxslər sıravi üzvlərimizdir -TAHİR BUDAQOV YAP-ın KALEDONİYA OLAYLARINI QIZIŞDIRMADIĞINI DEYİR

Yeni Azərbaycan partiyası funksionerlərindən bir çoxunun X və Meta hesabları bağlanıb.
Gununsesi.info-nun xəbərinə görə, buna səbəb kimi YAP fəallarının  Yeni Kaledoniyadakı hadisələri qızışdırması göstərilib.
Qeyd edək ki, Azərbaycanla Fransa arasında gərginlik bu olaydan sonra daha da güclənib.
Belə ki, Fransa Daxili İşlər Nazirliyi Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanın rolunun olduğunu bəyan etsə də rəsmi Bakı bunu təkzib edib.

YAP-ın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Gununsesi.info -ya açıqlamasında bu barədə danışıb: “Bununla bağlı bizim mövqeyimiz ifadə olunub. YAP-ı Fransadakı olaylarda iştirakçı kimi təqdim etmək yersizdir. Hər bir vətəndaşın azad düşüncəsi var. İnsanlar öz düşüncəsini sərbəst ifadə edə bilər. Bizim partiyadan da kimlərsə, bunu edirsə, o demək deyil ki, bu YAP-ın rəsmi təşəbbüsüdür, yaxud da göstərişidir. Bloklanan hesabların sahibləri də sıravi üzvlərdir. Əgər Fransa tərəfinin iddia etdiyi kimi YAP bu prosesdə iştirakçıdırsa, o zaman adıçəkilən sosial şəbəkələr Mərkəzi Aparatın rəhbərliyinin hesablarına məhdudiyyət qoyardı”.
Tarix: 11-06-2024, 22:36
Xəbəri paylaş





Xəbər lenti