NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ, YOXSA REFERENDUM? - Hökumət daxilində yeni müzakirələr başlayıb
![NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ, YOXSA REFERENDUM? NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ, YOXSA REFERENDUM?](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1718114689_0001.jpg)
Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ikinci iclası keçirilib. Gündəlikdə 13 məsələ, o cümlədən 2024-cü il dövlət büdəsinin dürüstləşdirilməsi haqqında qanun layihəsi müzakirə olunur.
Siyasi çevrələrdə yayılan məlumata görə, də növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət edəcəyi gözlənilir.
Məsələ ondadır ki, Azərbaycanda parlament seçkilərinin tarixinin irəli çəkiləcəyi artıq xeyli müddətdir müzakirə olunur. Bu zərurəti bəzi deputatlar, eləcə də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da dilə gətirib.
Konstitusiyaya görə, parlament seçkiləri noyabr ayının 1-ci bazar günü keçirilməlidir. Amma noyabr ayında Bakıda COP-29 beynəlxalq iqlim konfransı keçiriləcək. Bir neçə həftə davam edəcək tədbirlərdə dünyanın 160-dan çox ölkəsindən 100 minə yaxın qonağın, o cümlədən prezidentlərin, hökumət başçılarının, beynəlxaq təşkilatların nümayəndə heyətlərinin gəlməsi gözlənilir.
Hökumətin əsas diqqəti bu tədbirin yüksək səviyyədə keçirilməsinə yönəlib. Bu baxımdan bir çox siyasi ekspertlər həmin ərəfədə Azərbaycanda ölkə miqyaslı seçkilərin baş tutması inandrıcı hesab etmir. Çünki bu seçkiləri hazırlamaq, keçirmək üçün böyük inzibati, təşkilati resurslar tələb olunur, hüquq-mühafizə orqanlarının, icra strukturlarının üzərinə ağır yük düşür.
Müşahidəçilərin qənaətinə görə, məhz bu səbəbdən Milli Məclisin növbədənkənar sessiyası başa çatdıqdan sonra yeni seçkilər elan edilə bilər.
Seçki Məcəlləsinə görə, parlament seçkiləri elan olunduğu gündən 2 ay sonra keçirilməldir ki, bu müddətin də 20 günü təbliğat-təşviqat dövrüdür.
Ətraflı
Lakin yaxın həftələrdə parlament seçkilərinin deyil, Konstitusiya referendumunun elan olunması istisna edilmir.
“AzPolitika.info”-ya daxiil olan məlumata görə, bu, hazırda hökumət daxilində mümkün varinlardan biri kimi müzakirə olunur.
Azərbaycan Konstitusiyasına görə, Prezidentin və Milli Məclisin referendum çağırmaq hüququ var.
Ümumxalq səsverməsinə ehtiyac məsələsi hələ 2020-ci ildə - 44 günlük müharibədən sonra gündəmə gəlib. İşğaldan azad edilmiş bölgələrin idarə olunmasında tətbiq olunan Xüsusi Nümayəndəlik İnstitutunun konstitusion əsaslarının yaradılması, Vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin bəzi saəlahiyyətlərində paralelliyin aradan qaldırılması, Naxçıvan Muxtar Respublikasının konstitusiyasına dəyişikliklər edilməsi zərurəti, habelə, icra hakimiyyəti sisteminin təkmilləşdirilməsi və ya iqtisadi zonalar üzrə regional idarəçiliyə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması və s. kimi məsələlər Konstitusiya islahatları ilə həll edilməlidir.
Əgər hökumət referendum qərarı verərsə, Milli Məlisə seçkilər Konstitusiyada göstərilən yeni tarixdə keçirilə bilər. Bu halda gələn ilin ilk ayları seçki üçün daha münasibdir və hazırkı çağırış parlamentin səlahiyyət müddəti avtomatik olaraq həmin tarixə qədər uzadıla bilər.
Beləliklə, yaxın vaxtlada məlum olacaq ki, növbədənkənar parlamet seçkiləri keçiriləcək, yoxsa referendium!
Tarix: 11-06-2024, 23:19
-
Bu gün, 15:22
“Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! - Şirkətin umrunda da deyil...
-
Bu gün, 15:17
Binəqədidə qanunsuz tikintiyə niyə göz yumulur?
-
Bu gün, 15:13
Saleh Məmmədovun "sevimlisi" ATF MMC-də nə baş verir? - Əvəz Qocayevlə sədr niyə küsüb?
-
Bu gün, 15:05
Bakıdan İrəvana göndərilən sənəddə kritik detal: Əliyev açıq mesaj verdi
-
Bu gün, 10:56
Savadsız kimdir: 40 ilin müəllimi, yoxsa?.. -Müəllimləri imtahana çağıranların özlərinin imtahana ehtiyacı var
-
Bu gün, 10:52
Fransa bölgədə növbəti hərbi münaqişəyə təhrik edir
-
Bu gün, 10:51
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?
-
Bu gün, 10:47
Aİ “Meta”nı qaydalara əməl etməməkdə ittiham edir
-
Bu gün, 10:38
Pilot layihə adı altında məmur maxinasiyaları... Dələduz şirkətləri himayə edənlər kimdir? VİDEO
-
Bu gün, 10:36
"Atlant" İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir - ŞİKAYƏT
-
Bu gün, 10:31
Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
-
Bu gün, 10:29
"Unique Group" valyuta vəsaitini xaricdən geri qaytarmayıb
-
Bu gün, 09:58
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
-
Bu gün, 09:57
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir?
-
Bu gün, 09:51
“Türkiyədə 14 manat olan dərman Azərbaycanda 70 manatdır”
-
Bu gün, 07:47
Diplomlu işsizlər və statistik iş yerləri - AKTUAL
-
Bu gün, 07:45
Bir gecədə taksilərin qiyməti od tutub yandı - VİDEO
-
Bu gün, 00:02
Xaçmazda 100-ə yaxın ağac kəsildi - VİDEO
-
Dünən, 22:31
Kardiologiya İnstitutunda ÖZBAŞINALIQ - direktor nazirin əmrini heçə sayır?
-
Dünən, 22:28
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Nizami Salahovun ailəsini ziyarət edib
-
Dünən, 22:26
Qiymət artımı nələrə səbəb olacaq?
-
Dünən, 22:24
Müştərisi “İstanbul Meyhane Bilgəh”dən narazıdır - Əlavə pullar alınır
-
Dünən, 22:23
Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
-
Dünən, 22:21
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Müşviq İsmayılovun ailəsini ziyarət edib
-
Dünən, 22:19
Abid Şərifova məxsus olduğu bildirilən şirkət məhkəmə qarşısında
-
Dünən, 22:18
"Nar" şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
-
Dünən, 22:15
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Poladlı kəndində keçirilib
-
Dünən, 21:47
“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu
-
Dünən, 21:46
KXCP sədri seçkiyə haradan qatılacaq? - AÇIQLAMA
-
Dünən, 21:41
Beyləqan xəstəxanasında qadınlara iynə vurulan otağa gizli kamera qoyulub? – ŞOK İDDİA / VİEO
{sape_links}{sape_article}