Qardaş Azərbaycanla qarşılıqlı əlaqəmizi davam etdirəcəyik - Minskdən Paşinyana CAVAB

Qardaş Azərbaycanla qarşılıqlı əlaqəmizi davam etdirəcəyik
Minsk Ermənistanın baş naziri Nikol Paşinyanın impulsiv açıqlamalarını sakitliklə qiymətləndirir.

Trend xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Belarus Respublikası Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır, qarşılıqlılıq prinsipinə əsaslanaraq, öz tərəfdaşları və müttəfiqlərindən də bənzər yanaşmalar gözləyir.

"Eyni zamanda, tərəfdaş və müttəfiq seçimi rəsmi Minskin suveren məsələsidir və bu halda “ya, yaxud” yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik", - deyə Şpakovski qeyd edib.
Tarix: 14-06-2024, 00:25
Xəbəri paylaş





Xəbər lenti