“La Gazette du Caucase” Ruben Vardanyan haqqında mifləri təkzib edir - "Le Figaro"nun ermənipərəst mövqeyinin ifşası

“La Gazette du Caucase” Ruben Vardanyan haqqında mifləri təkzib edir
Bir neçə gün əvvəl Fransanın “Le Figaro” nəşri erməni əsilli rusiyalı biznesmen, keçmiş erməni separatçılarına “rəhbərlik edən” Ruben Vardanyan haqqında məqalə dərc edib. Qeyd edək ki, orijinal material Ermənistanın “Armenews” onlayn jurnalında dərc olunub. Məqalədə bildirilir ki, Vardanyanın qohumları Azərbaycana qarşı növbəti böhtan xarakterli bəyanatla BMT-yə müraciət ediblər.

Sentyabrın 19-20 Xankəndinin azad edilməsi əməliyyatından sonra Vardanyan bölgəni tərk edən digər ermənilərlə birlikdə Qarabağdan qaçmağa cəhd edib. Lakin o, qaça bilməyib və hazırda Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanılıb və həbsdədir, cəzasını gözləyir.

Fransanın “La Gazette du Caucase” nəşri “Le Figaro”nun ermənipərəst materialına cavab olaraq, Vardanyanın Qarabağ separatçılarının “naziri” olmamışdan əvvəl həqiqətən nələr etdiyi barədə həqiqəti açıqlayıb.

“Le Figaro” Ruben Vardanyanı “xeyriyyəçilik və humanitar fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd” kimi təqdim etdi. Qəzetin yazdığına görə, o, “2020-ci il müharibəsindən sonra yerli əhaliyə kömək etmək üçün Qarabağda məskunlaşmaq qərarına gəlib. Halbuki bu, erməni millətçilərinin uydurmasıdır”, - məqalədə deyilir.

Məqalə müəllifləri xatırladırlar ki, 2019-cu ilin martında Avropa Parlamentinin 22 deputatı Vardanyanla bağlı təhqiqat aparılmasını istəyib. Niyə? "Yerevan əsilli Vardanyan Rusiyanın ən varlı adamlarından biridir. Ermənistanı tərk etdikdən sonra o, Moskvada xeyli sərvət toplayıb”, - məqalədə izah edilir.

Məqalədə qeyd olunub ki, Vardanyan öz sərvətindən erməni diasporunu və bəzi siyasi havadarlarını öz tərəfinə çəkmək üçün istifadə edib.

Məqalədə deyilir ki, daha sonra Vardanyan millətçi diasporların, xüsusən də Fransanın dəstəyi ilə buna etiraz edən azərbaycanlıları gözdən salmaq üçün genişmiqyaslı kampaniyaya başlayıb. “O, erməniləri Azərbaycan əleyhinə nümayişlərdə iştiraka təhrik edib və iddia edib ki, ekoloji etirazlar Bakının Qarabağ ermənilərini “aclıqdan öldürmək” üçün təşkil etdiyi blokadanı ört-basdır edir. Azərbaycanın Laçın yolunun “blokadası”na əsaslanan bu kampaniya bəzi jurnalistlərin, media menecerlərinin və seçilmiş nümayəndələrin sayəsində Fransa mediasında geniş işıqlandırıldı.

"Azərbaycan öz ərazisini geri alıb və Vardanyanı həbs edib. Azərbaycan və Ermənistan indi sülh müqaviləsi bağlamaq ərəfəsindədir. Vardanyanın media təsirinə yalnız Ermənistanın faktiki əhalisindən çox olan erməni diasporu və bir neçə jurnalist və siyasətçi reaksiya verməkdə davam edir, lakin bu, müvəqqəti xarakter daşıyacaq və oliqarxın tərəfdarlarının mövqeyi dəyişəcək”, - məqalədə deyilir.

TREND
Tarix: 19-06-2024, 10:02
Xəbəri paylaş





Xəbər lenti