Növbədənkənar parlament seçkilərinin keçirilməsinin səbəbləri açıqlanıb
Növbədənkənar parlament seçkilərinin keçirilməsinin səbəbləri açıqlanıb. Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova bildirib ki, ölkəmizdə həm dünya səviyyəli tədbirlərin, həm də ictimai siyasi əhəmiyyət kəsb edən parlament seçkilərin keçirilmə vaxtı noyabr ayına təsadüf edir.
O qeyd edib ki, bununla birlikdə COP-29 konfransının və digər tədbirlərinin keçirildiyi dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olması məqsədəuyğun olması hamıya aydındır.
“Milli Məclis yeni çağırışının tam formalaşdırılması normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsinə şərait yaradılacaq. Ölkəmizdə keçirilən tədbirlərlə bağlı ölkəmizdə müəyyən məhdudiyyətlərin tətbiq olunacağı da qaçılmazdır. Həm də seçkilərdə seçicilərin tam iştirakının maneəsiz təşkil olunması da dövlətin əsas vəzifələrindən biridir. Bütün bunları nəzərə alaraq Milli Məclisdə YAP-ı təmsil edən deputatlar mənə müraciət edib. Onlar növbədənkənar seçkilərin keçirilməsi üçün Prezidentə müraciət edilməsini istəyir", - deyə S.Qafarova əlavə edib.
Tarix: 21-06-2024, 13:17